|
Azərbaycan
Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
rəhbəri texnika elmləri namizədi Məleykə
Mehdi qızı Abbaszadədir. O, M.Lomonosov
adına Moskva Dövlət Universitetinin 1970-ci
ildə əsası qoyulan "Hesablama riyaziyyatı
və Kibernetika" fakultəsinin ilk buraxılışının
mə'zunudur. Ali məktəbi bitirdikdən sonra
elmi-tədqiqat işlərini SSRİ EA Hesablama
Mərkəzində və Azərbaycan EA-nın Kibernetika
İnstitutunda aparmışdır. Azərbaycana qayıtdıqdan
sonra Respublikada "İstedad" Assosiasiyasının
yaradıcılarından və testologiya elminin
əsasını qoyanlardan biridir. Elmi fəaliyyəti
sistemli təhlil, əməliyyətların tədqiqi,
kompüter məlumat texnologiyaların təhsildə
tətbiqi sahələrinə aiddir.
Azərbaycan Respublikası Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının vəzifələrinin
bir qismi aşağıdakılardır:
Azərbaycan
Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
(TQDK) Azərbaycan Respublikası Prezidentinin
1992-ci il 21 iyul tarixli 74 saylı fərmanı
ilə yaradılmış və tələbə seçilməsinə və
yerləşdirilməsinə rəhbərlik edən dövlət
idarəetmə orqanıdır.
Azərbaycan
Respublikasında dövlət siyasətinə uyğun
olaraq tələbə qəbulunun mərkəzləşmiş şəkildə
keçirilməsi, ali və orta ixtisas məktəblərinə
tələbə qəbulu qaydalarının yaradılması və
imtahanlarının keçirilməsi, bu məqsədlə
təşkilati işlərin, kompüter texnologiyasının
və elmi-metodiki layihələndirmə işlərinin
hazırlanması və həyata keçirilməsi;
qəbul imtahanlarının
nəticələrinə görə ali və orta ixtisas təhsilinin
inkişafı haqqında sistemli analiz və proqnozlaşdırma
əsasında təkliflərin hazırlanması;
mütəxəssislər
üzrə ehtiyacların araşdırılması, təhsilin
strukturunun və ixtisas nomenklaturasının
dəyişdirilməsi və təkmilləşdirilməsi haqqında
təkliflərin hazırlanması;
test sistemi
əsasında dövlət tərəfindən həvalə olunmuş
digər attestasiya tədbirlərinin keçirilməsi.
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının
bir hissəsi olmaqla təhsil sistemində xüsusi
yer tutur, öz fəaliyyətində müstəqildir
və Azərbaycan Respublikasının Prezidentinə
tabedir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
qəbul etdiyi qərarları idarəçilik aparatı
həyata keçirir. İdarəçilik aparatı dörd
idarədən təşkil edilmişdir:
1. Kompüter
Əməliyyatları idarəsi
2. Sorğu-Suallar idarəsi
3. Təşkilat idarəsi
4. İşlər idarəsi
Abituriyentlərin
qəbul imtahanlarına hazırlaş-masına kömək
məqsədilə TQDK-nın nəzdində "Abituriyent"
jurnalı dərc edilir və "Abituriyent"
hazırlıq kursları fəaliyyət göstərir.
URL:http://www.tqdk.gov.az
|