|
Abşeronun
qalalarından ən böyüyü
və əzəmətlisi Bakıda,
İçəri şəhərdə
olan Qız Qalasıdır. Hündürlüyü
28 metr, diametri 16-16.5 metr, divarlarının
qalınlığı dib tərəfdə
5 metr, yuxarı tərəfdə
isə 4 metr olan Qız qalası
silindr formalı əsl qaladan və
cənub tərəfdən ona bitişən
dayaq dəstəyinə oxşar
iri bir tikilidən ibarətdir. Bu
tikilidən nə məqsədlə
istifadə olunduğu hələ
bu günə qədər müəyyən
edilməmişdir. Qala səkkiz
mərtəbəyyə bölünmüş,
hər mərtəbənin ayrıca
daş tağtavanı və ya
gümbəzi olmuşdur. Bu mərtəbələr
divarın içində tikilmiş
daş hilləkan vasitəsilə
bir-birilə birləşir.
Mərtəbələrdə divardan
bayıra çıxarılmış
saxsı boruları olan dərinliklər
vardır. Ehtimal ki, bu borular çirkab
atmaq üçün qoyulmuşdur.
Qalanın daxilində olan quyu, görünür,
oraya sığınanları və
qalanın müdafiəçilərini
su ilə tə’min edirmiş.
Pilləkan olan tərəfin fasadında
qoyulmuş yarıq şəkilli
pəncərələr mərtəbələri
işıqlandırmağa xidmət
edirmiş. Onlar, başqa yerlərdə
olduğu kimi, içəriyə
doğru genişlənərək
mazğala-oxşar bir şəkil
alırsa da, hər halda müdafiə
məqsədi daşıdığı
şübhəlidir. Ehtimal ki, qalanın
müdafiəçiləri hücum
edənlərə ancaq qalanın
yuxarı meydançasından atəş
açır və qalaya yaxınlaşan
düşmənin başına
ağır şeylər yağdırırmışlar.
Bu məqsədlə qalanın
yuxarı hissəsi maşikullalarla
qurtarmalı idi. Təəssüf
ki, onlar zəmanəmizə qədər
qalmamışdır. İndi qalanın
üst meydançasının yanlarında
enli hasar vardır.
Akademik Qmelinin (XVIII əsr) çəkdiyi
şəkildə qalanın yuxarı
hissəsi qismən dağiniq halda
göstərilir. Bu şəklə
inanmamaq üçün əldə
heç bir əsas yoxdur. Deməli,
qalanın yuxarı hissəsi yenidən
bərpa edilmişdir. Lakin onun nə
zaman və kim tərəfindən
bərpa edildiyi hələ bəlli
deyildir.
Qala divarlarının xarici görünüşü
də diqqəti cəlb edir. Fasadın
hörgüsü müəyyən
hündürlüyədək Bakı
tikintiləri üçün tamamilə
xarakter şəkildə olub, demək
olar ki, hamardır və daşları
düz sıralarla düzülmüşdür.
Qalanın yuxarı hissısində
isə bu sıralar növbə
ilə gah irəli çıxır,
gah da girinti əmələ gətirir.
Belə
bir sual ortaya çıxır: görəsən,
hörgünün bu şəkildə
olmasının səbəbi nədir?
Me’mar buradan yalnız bir dekorativ
üsul işlədərək,
fasadı kölgələrlə
bir qədər cazibədar etmək
üçünmü bu böyük
divar kütləsinin eknəsəqliyini
pozmağa çalışmış
və ya başqa bir məqsəd
güdmüşdür? Ola bilsin
ki, burada da o zamanlar hər yerdə
geniş tətbiq edilən kərpic
hörgüsü üsulu təkrar
olunmuşdur. Doğrudan da, üfüqi
sıralar belə aydın bir şəkildə
gözə çarpmasaydı divar
çox yeknəsəq görünər
və ümumi təəssürat
xeyli zəif olardı.
Fasadın qapı yerinin üstündə
iri bir daş üzərində
kufi xətlə yazılmış
bir kitabə vardır. Burada “Davudun
oğlu, Məs’udun qalası” sözləri
yazılmışdır. Bu kitabə
qalanın XII əsrin birinci yarısında
səlcuq soltanı Məs’ud tərəfindən
tikdirildiyini düşünməyə
imkan verir.
Qız qalası haqqında xalq
arasında müxtəlif əfsanələr
vardır. Bunlardan ən çox
yayılanı yerli hökmdarın,
özünü qalanın yuxarı
maydançasından suya atmış
qızının facianə ölümündən
danışan əfsanədir.
“Bakının
me’marlıq abidələri”. S.Dadaşov,
M.Hüseynov
|