EN   RU
 

 

Azərbaycan Opera və Balet Teatrı
Azərbaycan Dram Teatrı
Rus Dram Teatrı
Azərbaycan Kukla Teatrı
Azərbaycan Gənc Tamaşaçılar Teatrı
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
Bakı Dövlət Sirki

 

 

 

 

Azərbaycan Opera və Balet Teatrı, M.F. Axundov ad.

Азербайджанский театр оперы и балета им. М.Ф. АхундоваAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Birləşmiş Dövlət Teatrı kimi 1920 ildə yaradıldı. 1924 ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrı (Azərb. və rus bölmələri ilə) oldu.
Azərbaycan milli opera sənatinin tarixi Ü.Hacıbəyovun 1908 il yanvarın 12(25)-ndə tamaşaya qoyulmuş "Leyli və Məcnun" operasından başlanır. İnqlaba qədərki dövrdə Z.Hacıbəyovun "Aşıq Qərib" (1916), M.Maqomayevin "Şah İsmayıl" (1919), operaları tamaşaya qoyulmuşdu. Teatrın repertuarı ən"ənəvi klassik opera formasında yazılmış "Şahsənəm" (1927, R.Qlier), "Nərgiz" (1935, M.Maqomayev) və "Koroğlu" (1937, Ü.Hacıbəyov) operaları ilə zəngınləşdi. 1940 ildə ilk milli Azərbaycan baleti - "Qız qalası" (Ə.Bədəlbəyli) tamaşaya qoyuldu. "Vətən" (1945, Q.Qarayev və C.Haciyev), "Xosrov və Şirin" (1942, Niyazi) "Nizami" (1948, Ə.Bədəlbəyli) operaları tamaşaya qoyuldu. 50-ci ilərdə teatrın repertuarı "Sevil" (1953, F.Əmirov), "Azad" (1957, C.Cahangirov) və s. Əsərlərlə zənginləşdi. "Gülşən" (1950, S. Hacıbəyov) "Yəddi gözəl" (1952, Q.Qarayev), "Qaraca qiz" (1965, Ə.Abbasov), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov) baletləri tamaşaya qoyuldu. 1928 ildə teatra M.F.Axundovun adı verilmişdir. 1959 ildən Akademik opera və balet teatrı adlanır.

 

370000, 28 May küç, 8
tel: 93-16-51, 93-31-88

 

 

 

 

 

 

Azərbaycan Dram Teatrı, M.Əzizbəyov ad.

Azərbaycan dram teatrının tarixi 1873 il martın 10-u və aprelin 17-ndə H.B.Zərdəbinin təşəbbüsü, N.B. Vəzirov və Ə.Adıgözalovun (Gorani) fəal iştirakı ilə M.F.Axundovun Bakıda səhnəyə qoyulmuş "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyalarının tamaşası ilə başlanır. 1920 ildə Birləşmiş Dövlət Teatrı yaradıldı; teatrda fəaliyyət göstərən bütün truppalar (Azərb., rus, erməni) birləşdi. 1922 ildə dram truppası Birləşmiş Dövlət teatrından ayrılaraq müstəqil teatra çevrildi. 1933 ildə tetra M.Əzizbəyovun adı verilmişdir. 1960 ildən tamaşalar teatrın indiki binasında göstarilir.
20-ci illerdə "Hacı Qara" M.F.Axundovun, "Ölülər" C.Məmmədquluzadə, "Hamlet" V.Şekspir, "Lyubov Yarovaya" K.Trenyov və s. əərlər tamaşaya qoyulmudu. 30-cu illərdə "Almas", "Yaşar" C.Cabbarlı, "Səyavuş" H.Cavid, "Vaqiv" S.Vurğun kimi klassik əsərlər tamaşaya qoyuldu. 40-ci illərdə "Vəfa" R.Rza, "Məhəbbət" M.İbrahimov, "Fərhad və Şirin" S.Vurğun və s. əsərlər tamaşaya qoyuldu. 50-ci illərdə "Otello" V.Şekspir, "Ailə namusu" H.Muxtarov və s.əsərlər tamaşaya qoyuldu. 60-ci illərdə "Antoni və Kleopatra" V.Şekspir, "İkinci səs" B.Vahabzadə və s. tamaşa hazırlanmışdı.
Lenin ordeni(1974) və Qırmızı Əmək Bayrağı ordeni (1949) ilə təltif edilmişdir.

 

370009, Fizuli küç, 1
tel: 94-48-40, 94-44-03
 
 

 

 

 

Azərbaycan Dövlət Rus Dram Teatrı, S.Vurğun adına.

Азербайджанский государственный русский драматический театр им. С. ВургунаAzərbaycan Dövlət Rus Dram Teatrı, S.Vurğun adına 1920-ci ildən Bakı Azad Tənqid-Nəbliğ Teatrı, 1923 ildən Bakı İşçi Teatrı adı ilə fəaliyyət göstərmişdir. 1937 ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956 ildə teatra S.Vurğunun adıverilmişdir.
1925-30 ilərdə teatr "Lyubov Yarovaya" K.Trenyov, "Qiyam" B.Lavrenyov və s. tamaşaya qoymuşdur. 1930-40 illərdə teatrın repertuarı "Don Karlos" F.Şiller, "Romeo və Cülyetta" V.Şekspir, "Canlı meyit" LçTolstoy və s.kimi əsərlərlə zənginləşmişdi. 50-ci illərdə "Aydın" C.Cabbarlı, "Hamam" V.Mayakovski və s. tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilmişdi. 60-ci illərdə teatrın repertuarında müasir dramaturqların da əsərlərinə geniş yol verilmişdi: "Mariya Stüart" F.Şiller, "Kəndçi qızı" M.İbrahimov və s. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

 

370000, Xaqani küç, 7
tel:93-40-48, 93-93-77, 93-42-42
 

 

 

 

 

Azərbaycan Dövlət Kukla Teatrı, A.Şaiq adına.

Azərbaycan Kukla Teatrı - 1931 ildə təşkil edilmişdir. Müxtəlif illərdə (1931-41; 1946-50) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-46) və Azerbaycan Dövlət Filarmoniyası nəzdində (1950 ildən) fəaliyyət göstərmişdir. 1965 ildən müstəqil teatırdır. Azərbaycan və rus bölmələri var.
İlk dövrlərdə teatrda azərb., rus və Qərbi Avropa dramaturqlarının pyesləri, Azərbaycan şifahi xalq ədəbiyyatı motivləri əsasında tərbiyəvi əhəmiyyətli əsərlər tamaşaya qoyulmuşdur: "Hacı Qara" (M.F.Axundov), "Almas" (C.Cabbarlı), "İskəndər və çoban", "Cirtdan", "Nərgiz" (M.Seyid-zadə) və s. 60-70-ci illərdən repertuarını azyaşlı uşaqların, məktəblilərin səviyyəsinə müvafiq qurur. 1975 ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. "Üç nağıl" (A.Şaiq), "Əkiz qardaşlar" (H.Ziya), "Bu ev kimin evidir?" (R.Heydar) və s. teatrın ən yaxşı tamaşalarındadır. 1974 ildə Azərbaycan kukla teatrına A.Şaiqin adı verilmişdir.

 

370004, Neftçilər pr, 36
tel:92-64-25, 92-64-35, 92-44-58
 

 

 

 

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Азербайджанский Государственный Театр юного зрителяAzərbaycan Gənc Tamaşaçılar Tetrı - uşaq və gənclər teatrı. 1928 ildə Bakı Uşaq Teatrı adı ilə yaradılmışdır. Rus (1928) və Azərbaycan (1929) bölmələri var. Teatrının özəyini Bakı dənizçilər klubu nəzdindəki dram dərnəyi təşkil etmişdir. 1936 ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlandırılmış, həmin il teatra M.Qorkinin adı verilmişdir. 1932 ildən teatrın repertuarına Azərbaycan müəlliflərinin əsərləri daxil edildi: "Küçələrdə" (C.Cəfərof, Ş.Məlikyeqanov), "Sür"ət" (Ə.Atayev) və s. tamaşaya qoymuşdur. 1940 ildə Moskvada keçirilən gənclər teatrlarına Ümumittifaq baxışında teatrın "Partizan Mamməd" (S.Rəhman, A.İsgəndərov) və "Seyran" (Ə.Atayev, Ə.Əhmədov) tamaşaları mükafata layiq görülmüşdür. Sonralar teatrın kollektivi Azərbaycan dramaturqlarının əsərlərini - "Yaşar" (C.Cabarlı) "Sirli şəhər" (M.A.Dadaşov), "Son məktub" (R.İsmayılov) və s., həmçinin Qərbi Avropa və rus klassiklərinin komediyalarını tamaşaya qoymuşdur.

 

370000, Nizami küç, 72
tel:93-88-52, 93-65-78, 93-53-38
 

 

 

 

 

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Ş.Qurbanov adına

Azərbaycan milli musiqili komediya janrı 20 əsrin əvvəllərində yaranmışdır. Opera kimi, bu janrın da yaradıcısı Ü.Hacıbəyovdur. Onun 1909 ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 1910 ildə Bakıda olmuşdur. Sonrakı illərdə Ü.Hacıbəyovun "O olmasın, bu olsun" (1911), "Arşin mal alan" (1913) musiqili komediyaları oynaldı. İnqilaba qədərki dövrdə həmçinin Z.Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay", M.Kazımovskinin "Molla Cəbi", "Vurhavur" musiqili komediyaları da tamaşaya qoyuldu. Bu komediyalarda məişətdə hökm sürən feodal-patriarxal münasibətlər, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, rüşvətxorluq, cəhalət və s. ifşa edilirdi. 1938 ilə qədər musiqili komediyalar Azərbaycan Opera və Balet Teatrında oynanılırdı. 1938 ildə müstəqil musiqili komediya teatrı (azerb., və rus bölmələri ilə) təşkil edildi. 1967 ildə teatra Ş,Qurbanovun adı verilmişdir.

 

370005, Azərbaycan pr., 8
tel: 93-51-01, 93-24-02, 93-88-37
 

 

 

 

 

 


Bakı Dövlət Sirki

Azərbaycanda qədim zamanlardan xalq şənliklərində, bayramlarda Sirk elementləri nümayiş etdirilən müxtəlif oyunlar (çovkan, atsürmə yarışları, güləş və meydan tamaşaları, kəndirbazlıq və s.) mövcüd olmuşdur.
1890-cı illərdə Nikitin qardaşları Bakıda daimi Sirk-heyvanxana, 1904 ildə isə sirk-teatr binası tikdirmişlər. Hələ inqlabdan əvvəl Azərbaycan Sirk ustası Ə.Fərrux müxtəlif heyvanlar tə"limçisi kimi şöhrət qazanmışdı.
Professional Sirk kollektivi Azərbaycanda 1945 ildə yaradılmışdir. İlk Sirk proqramlarında X.Abdullayev, M.Şirvani, Yunis və Yusif Ağayevlər, Rza Əlixan, Q.Abdullayev, Sali Suleyman, S.Xanlarova və b. çıxış etmişlər.

 

370022, Səməd Vurğun küç, 68
tel. 94-90-23, 94-94-19, 94-88-72
 
 

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.