Ingilaba
qədər bura Axşam Bazarı adlanan səhralıq
bir sahə idi ki, görkəmsiz taxta köşklərlə
əhatələnmişdi. Axşamlar bura izdihamlı olurdu.
Hər nə desən, satılırdı. Əvvəllər yarmarkalar
keçirilən bu yerdə indi Səməd Vurğun adına
bağça salınmışdır. Bağçada Azərbaycanın
xalq şairi Səməd Vurğunun abidəsi ucaldılmışdır
(heykəltəraş
F.Əbdürəhmanov, memar M.Useynov). Abidənin
arxasında fəvvarələri olan hovuz yerləşir.
Bağçanın yaşıllaşmasında həmişəyaşı, iynəyarpaqlı
və yarpağı tökülən ağaclar(Eldar şamı, sərv,
qovaq və s.) və kollardan istifadə olunmuşdur.
Yay gülləri və çoxillik bitkilərlə zəngin
tumbalar bağçanın ümumi kompozisiyasına
uğurla daxil olmuşdu.