EN   RU
 

 

Sabir adına bağça

Qala divarının düz yanında yerləşən bağça mərhələ - mərhələ formalaşıb. Hələ 1922-ci ildə memar Q.Ələsgərovun layihəsi üzrə yaradılmış bağçada Azərbaycanın dahi satiriki Sabirə abidə ucaldılmışdır ki, (heykəltəraş Y.Keylihes, memar Y.Sırışev) o, daş üslubu ilə səciyyələnmiş və orta əsrlərə aid divarın yaxınlığında yerləşmişdir.
50-ci illərdə bağçanın sahəsi xeyli genişləndi və onun ərazisi əlavə olaraq abadlaşdırıldı və yaşıllaşdırıldı. Şairə yeni abidənin qoyulmasına ehtiyac yarandı ki, o da 1958-ci ildə bağçanın mərkəzində qoyuldu.


 

 

 

 

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.