EN   RU
 

 

Nizami meydanındakı bağça

Bağçanın salınması işləri hələ XX əsrin 30-cu illərinin sonunda başlamışdı və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinin qeyd olunmasına hazırlıqla əlaqədar idi. Yenidənqurma aparılan ərazi birmərtəbəli binalar, karvansaraylar və ticarət dükanları ilə tutulmuşdu. Onların sökülməsi şəhərin bu hissəsində Bakının daha çox təəssürat oyadan me”marlıq ansambllarından birinin yaradılmasına imkan verdi ki, bura gözəl şəkildə planlaşdırımış bağça, şairin dəbdəbəli abidəsi, onun daşıyan meydan, ətraf binalar – Nizami ad. muzey, “Monolit” yaşayış binası, “İsmailiyyə” və Nəşriyyat Evi daxil idi.
80-ci illərin sonlarında Bakının mərkəzi zonasının yenidən təşkil ilə əlaqədar ətraf bağçalar müəyyən transformasiyaya uğradı. Şimal hissədən bağçanı geniş pilləkan esplanadası əhatə etməyə başladı, sərqdən isə onu terraslaşdırılmış su şəlaləsi tamamlayırdı. Suyun şırıltısında sanki Nizaminin məşhur əsərlərinin musiqililiyi və şair ruhu duyulur.


 

 

 

 

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.