Bağça
nə vaxtsa mövcüd olmuş
Quba meydanının yerində yaradılmışdır.
XIX əsrdə Quba meydanı şəhərin
ən izdihamlı yerlərindən
biri idi. O, Parapetlə bərabər
Bakının əsas meydanlar hesab
olunurdu. Bu əraziyə eyni vaxtda
bir neçə küçə qovuşurdu
– Balaxanı, Çəllək,
Şamaxı, Sisianov.
O dövrdə meydanda yerləşən
karvansaray və mehmanxanalarda Azərbaycanın
müxtəlif qəza və kəndlərindən
gəlmiş tacirlər, alverçilər,
ziyalılar, mədəniyyət
xadimləri, torpaq sahiblərinə
rast gəlmək olardı.
XX əsrdə heykəltəraş
T.Məmmədov və memar X.Muxtarov
Azərbaycan Dram Teatrının
binası fonunda mütəfəkkir
və şair Fizulinin abidəsini
uğurla ucaltmışdır.