XIX
əsrdə şəhərin mərkəzində
Parapet adını almış
bağçanın əsası
qoyuldu. Onu həmçinin “Barsız
bağ” adlandırırdılar.
Bu bağça öz adına tamamilə
uyğun idi, burada kiçik koldan
belə əsər-əlamət
yox idi. Yalnız bir yarımdağılmış
bir hovuz var idi, o da suyla yox, zibillə
dolu idi. 1905-1907-ci illərdə
burada tez-tez fəhlələrin
mitinqləri və yığıncaqları
keçirilirdi, onlar çar mütləqyyətini
damğalayır, despotizmin qaçılmaz
məhvini qabaqcadan xəbər
verir, zəhmətkeçləri
öz hüquqları uğrunda
mübarizəyə çağırırdılar.
1920-ci ildə Barsız bağın
adı dəyişdirilərək
Karl Marks adlı bağ oldu.
Bağçanın yenidən qurulması
üzrə ilkin işlər 50-ci
illərdə həyata kecirildi
ki, nəticədə geniş,
yaxşıca yaşıllanmış
meydan – bağçaya çevrilərək
Nəşriyyat Evi və kitabxana
binasının yanındakı
o qədərdə böyük
olmayan köhnə bağçalara
qovuşdu.
Bu bağça Dövlət Filarmoniyası
yanındakı parkdan başlayan,
sonra isə Sabir və Nizami adına
bağçalarla davam edən yaşıl
zonanın bir növ davamıdır.
1984-cü ildə bağın yenidən
qurulması sahasində yeni mərhələ
həyata keçirildi.
Yaşıllıqların tərkibi
təzələndi. Bağçanın
ayrılmaz hissəsini fəvvarələr
təşkil edir. Məhz fəvvarələrin
çoxluğundan o, fəvvarələr
meydanı adlanmağa başladı.