EN   RU
 

 

Xaqani adına bağ

Molokan bağı indi belə adlanır. Qoqol, Ü.Hacibəyov və R.Rza küçələrinin kəsişməsində yerləşən bu bağı əbəs yerə molokan bağı adlandırmayıblar. XIX əsrdə bu bağı hər tərəfdən müxtəlif qəzalardan mallar gətirən molokanların qaldığı karvansaraylar əhatə edirdi. Ətraf küçələr, döngələr, həyətlər çəllək e”malatxanalarıyla dolu idi. XIX əsrin 70-ci illərində hakimiyyət burada bağ salmağı qərara aldı, hərçənd, yeraltı sular və gilli torpaq əkilmiş ağacların böyüməsinə mane oldu.
Zaman keçdikcə molokan bağının ətrafında gözəl binalar tikildi: Neft maqnatı Şibayevin dəbdəbəli malikanəzi, Rusiyanın “çay” krarı, Vısotskinin arxitektura cəhətdən orijinal evi, Haci Aşumun oğlu Əli Heydər tərəfindən Çin və Yaponiyaya səfərlərindən sonra tikilmiş Mikado teatrı (Səməd Vurğun adına teatr) və nəhayət, Haci Ələkbər Dadaşovun gəlirli evləri. Bu tikililər bağın özünün və ətrafının görkəmini dəyişdi.
Sovet hakimiyyəti qurulduqdan sonra molokan bağı 9 yanvar bağı adını aldı, sonra isə ona Həşim Əliyevin adı verildi. Hal-hazırda Xaqani adını daşıyır.
Müharibədən sonrakı dövrdə bağ 2 dəfə yenidən quruldu. Arxitektura-landşaft kompozisiyasının əsasını əyrixətli formalı hovuz və “3 gözəl” heykəltəraşlıq qrupu təşkil edirdi. Təbii daşdan olan iri qayalar heykəllər üçün pyedestal rolunu oynayırdı. Bağ öz ölçüsünə görə çox kiçik idi olsa da (təxminən 0,8 ha), o, kifayət qədər rahatdır və bir çox bakılıların sevimli istirahət yeridir.

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.