EN   RU
 

 

Dağüstü park

Bakı amfiteatrının yuxarı mətəbəsində yerləşmiş bu park həqiqətən də, Sovet landşaft memarlığının klassik əsəridir. Dağüstü parkın olduqça mürəkkəb relyefi onun özünəməxsus terraslaşmalını şərtləndirmişdir. Amfiteatrın yamacını əhatə edən park meridinal istiqamətdə uzanan terraslar sistemiylə aşağı enir ki, bu terraslar da əsas gəzinti yerləri kimi bir-biriylə da pilləkan və meydançalarla birləşir. Olduqça maraqlı, məxsusi tərzdə qurulmuş park me”marlıq kompleksi keçmiş Sovet ölkəsinin haqlı olaraq ən yaxşı parklarından biri hesab olunur. Məhz buna görə, müharibədən sonrakı dövrdə o, çox cüzi dəyişiklərə mə”ruz qalmışdır. 60-ci illərdə, tikilmiş funikulyor (memarları A.Güləhmədov, O.Marqunova, Q.Sadıxov) Dağüstü parkla Dənizkənarını parkı birləşdirərək onun mərkəzi şəhər rayonu ilə əlaqəsini asanlaşdırdı.
Hazırkı dövrdə Dağüstü parkın funksiyaları əhəmiyyəti dərəcədə transformasiyaya uğrayır və memorial parka çevrilir. Burada matəm xiyabanı olan “Şəhidlər xiyabanı” yerləşir.
Təpənin yamancındakı gəzinti xiyabanlarının arasında ayrı-ayrı mənzərələrdə sərv ağacları, Eldar şamı, zeytun ağacları, ağ akasiya, yapon soforası, naz kolluğu, oleandr, ligurtrum və digər ağac və kol növlərə görünür.


 

 

 

 

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.