1923-cü
ildə əsası qoyulmuş
bu parkın sahəsi müharibədən
sonrakı dövrdə 12 ha-dan
90 ha-dək genişlənmişdir.
Bu onunla bağlı idi ki, parkda
1951-ci ildə tikilmiş Respublika
Stadionunun da daxil olduğu iri bədən
tərbiyəsi-idman mərkəzi
yaradılmışdır. Respublika
və ümumşəhər bədən
tərbiyəsi və idman mərkəzi
olan adı çəkilən park
eyni zamanda rayon mədəniyyət
və istirahət parkı rolunu
da oynayır. Ona görə də
şəhərin yaxınlıqda
yerləşən rayonlarının
əhalisi ondan geniş şəkildə
istifadə edir.