EN   RU
 

 

Yaşıl Teatr bağçası

Dağüstü parkın aşağı hissəsində 60-ci illərin əvvəllərinə dair maraqlı landşaft-memarlıq nümunəsi olan Yaşıl Teatr yerləşir. Park ərazisinin təbii büküşləri və burada bitmiş ağaclar tamaşaçılar zalı və foye üçün orijinal şəkildə istifadə olunmuşdur. Salxım söyüdlər, eldar şamları və bir sıra enlitac növdən olan ağaclar teatrın ümumi dekorativ-bədii bəzəyini tamamlayır. Onu əhatə edən bağça sıx şəkildə yaşıllıqlara bürünmüşdür ki, bu da ona Yaşıl Teatrı adını vermişdir. Bakılıların daha çox gəldiyi kik yaşıl zona- Dağüstü Park və bulvar arasında yerləşən Yaşıl Teatr öz bağçası onları bir növ vahid landşaft-ekologiya sistemində birləşdirir.

 
 

 

 

 

 

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.