Dağüstü
parkın aşağı hissəsinə
girişdə, funikulyor pavilyonu
ilə üzbəüz, XX əsrin
60-ci illərinin ortalarında maraqlı
bir meydan əmələ gəldi.
Buranı fəvvarəli kiçik
bağça bəzəyir ki, mərkəzində
Nizaminin “Yeddi gözəl” poemasının
personajlarından biri – Bəhram
Gurun bürünc heykəli ücalır.
Bağça gecə vaxtı xüsusilə
mənzərəli görünür.
Bu xudmani bağçanın müəllifləri
memar V.Şulgin, heykəltəraş
Sacəddinov, V.Mustafayev və D.Rüstəmovdur
ki, onlar Bakının bu güşəsinə
təkrarsız əfsanəvi görkəm
verə bilmişlər.