Şəhərin
ilk bağlarından biri olan keçmiş
Qubernator bağı indi belə
adlanır. O, 4,5 ha ərazi tuturdu
və XIX əsrin 30-cu illərində
şəxsi bağ və bostanların
yerində salınmışdır.
Uzun müddət o, şəhərin
yeganə bağı olub.
Şəhərin komendatı Lənkəran
və İrandan Bakıya gələn
gəmilərin kapitanları və
sahiblərinə göstəriş
vermişdi ki, bağların təməlini
qoymaqçün 1 neçə kisə
qaratorpaq gətirsinlər. Əmri
yerinə yetirməyəni böyük
cərimə gözləyirdi.
Ilk növbədə, tut ağacı,
zeytun ağacı, qarağac, şam
ağacı, akasiya əkildi. Güllüklər
sallındı. Yerli ağac növlərindən
əlavə, digər ölkələrdən
ağaclar da gətirilirdi.
XIX əsrin 60-70-ci illərində
Qubernator bağının ərazisi
xeyli genişləndi, daha on il sonra
isə dekorativ ağac və kollar
əkildi, rəqs meydançaları
tikildi, hovuzlar, köşklər
(çardaqlar), terraslar quruldu. Bağ
göz önündəcə yaxşılaşdı.
70-ci illərdə Bakı Şəhəri
İcra Komitəsinin nəzdində
(arxitektor V.Musayev və b.) aqronom
və bağbanların iştiraki
ilə, yaradıcı arxitektorlar
qrupu bağın yenidən təşkili
və yaşıllaşdırılması
üzrə yeni layihəni işləyib-hazırladırlar.
Xeyli cavanlaşan bağ özünəməxsuz
təkrarolunmaz koloriti qoruyub-saxlamışdır.
Bağa gələnlər əvvəlki
kimi düz biçimli ağaclara
valeh olurlar ki,
onların arasında müxtəlif
ölkələrdən gətirilənlər
də var: amerika goyrüşü,
fars yasəməni, çörək
ağacı, xurma ağacları,
püstə ağaxları. Hər
il kolları və digər sarmaşıq
bitkiləri getdikcə daha çox
yayılaraq torpaq üzərində
daha böyük ərazini tutur
və qəribə şəkildə
ağacların gövdələrinə
dolanırlar. Bağın qalın,
yamşaq yaşıllığ,
hovuz, fəvvarə, pavilyon və
köşkləriylə gözəl
ahəng yaradır.
Yenidənqurma işləri aparıldıqdan
sonra Əliaqa Vahid adına bağ
yeni heykəltəraşlıq
kompozisiyaları ilə dolmuşdur.
Daş fənarlar, kiçik içməli
fəvvarələr və tumbalar,
rahat skamiyalar, qayaaltı şəlalələr
– bütün bunlar hamısı
park mənzərəsinin yaddaqalan
şəklini və ifadəli bədii
dərazini təşkil edir. Bu
özünəməxsus bağ-park
“mebeli” park ərazisinin və möhkəm
çay daşıyla salınmış
cığırların örtüyünün
təsviriylə ustalıqla tamamlanır.