Bakıda
bağ və bağçalar demək
olar ki, yox idi. O, ən çox yaşıllığı
olmayan şəhərlərdən
biri hesab olunurdu. Səbəb kəskin
su çatışmazlığı
idi.
Şəhərin inkişafı
və abadlaşdırılması
planlarında bu məsələyə
diqqət edilməmişdi. Hərçənd
ki, Bakının hələ birinci
memarı Qasımbəy Hacibabəyov
öz layihələrində küçə
və meydanların, parklar, bağlar
və bulavarın kompleks şəkildə
qurulmasını nəzərdə
tutmuşdu.
1895-ci ildə Haci Zeynalabdin Tağıyev
şəhərkənarı qəsəbə
- Mərdəkanda bağban və
gülçülər məktəbini
yaratdı, Bakının yaşıllaşma
problemi həll etməyə çalışaraq
qumsallıqda təcrübi meşə
saldı. Qeyd etmək lazımdır
ki, bir neçə il sonra məktəb
məzunları doğma şəhərə
faydası az olmayan ixtisaslı mütəxəssislər
sırasında daxil oldu.
Haci Zeynalabdin Tağıyev həmçinin
şəhərin su ilə təchizatı
probleminin həllində də fəal
iştirak edib. Bu məqsədlə
1916-ci ildə Bakı Şollar
su kəməri çəkildi ki,
“Naxır-bulaq” bulağında 18
fevral, 1917-ci ildə təntənəli
açılışı oldu.
Bakı ərazisi və Abşeronun
digər məskunlaşmış
yerlərində yaşıl məkanlar
sisteminin formalaşması ölkədə
Cənubun mürəkkəb təbii-iqlim
şəraitində bağçalar,
bağlar, bulvarlar, parklar və
meşə-parkların salınmasından
ibarət uzunmüddətli təkamülün
nəticəsidir. Yaşıllaşma
sisteminin məkanca genişlənməsinin
yüksək sür”əti xüsusilə
müharibədən sonrakı
dövr üçün səciyyəvidir.
1945-70-ci illər ərzində
Bakıda yaşıllıqların
sahəsi 261 ha-dan 3125 ha-dək,
yə”ni demək olar ki, 12 dəfə
artdı. Bu dövrdə Bakı
şəhərinin kənarında
– Bayıl yamacında, Əhmədli
yaylasında, Biləcəri yoxuşunda
iri yaşıl massivlər, Abşeronda
sahəsi 1150 ha olan, o cumlədən
yarımadanın şimal hissəsində
2900 hektara çatan yaşıllıqlar
salındı. 1880-ci ildən 1980-ci
ilədək bütün növ
yaşıllıqların sahəsi
3.02 ha – dan 9520 ha – dək artdı.
O zaman Bakıda həyata keçirilmiş
arxitektura-landşaft işlərinin
daha maraqlılarına Dənizkənarı
Bulvar, Respublika stadionunun parkı,
Fizuli bulvarı, Nizami adına Park,
Dağüstü park, Nazirlər
Kabinetiylə üzbəüz bağça,
Fəvvarələr bağçası-meydanında
aparılmış əsaslı
dəyişiklikləri aid etmək
olar. Bu dövrdə şəhərin
ucqar yerlərində iri yaşıl
massivlər salındı: Şixov
çimərliyi zonasında sahəsi
170 ha olan “Xalqlar Dostluğu” parkı
salındı, “Bakı-Aeroport”
sür”ətli nəqliyyat magistralına
bitişik zonalar, Bayıl və
Patamdar yamacları, Əhmədli
yaylası, Zeytun massivi, Biləcəri
yoxuşu və vahid Bakı-Abşeron
landşaft-ekologiya sistemini formalaşdıran
digər ərazilər yenidən
təşkil edilərək genişlədilir
və abadlaşdırılır.
Bakıda yaşıllıqların
quruculuğunda böyük dəyişikliklər
özünü xüsusilə
70-ci illərdən başlayaraq
göstərir. Ceyranbatan gölü
rayonunda 1000 ha sahəsi olan yaşıl
massiv uzanaraq Bakı və Sumqayıt
sakinlərinin istirahətini bir
yerə cəmlədi. Dağüstü
yaylanın landşaftı köklü
surətdə dəyişdirilərək
Qanlıgöl rayonunda, Bakı
amfiteatrının iri park yaradıldı.
Rayonun dənizə doğru yönələn
təbii landşaftına üzvi
şəkildə qovuşan Xalqlar
Dostluğu parkı yaradıldı.
Sonra o, Səbail yamacında əkilmiş
yaşıllıqlarla və daha
irəlidə isə Qanlıgölün
meşə-parkıyla birləşir.
Bu cür xüsusi yaşıl
zolağın salınması Bakıda
hökm sürən qərb və
cənub-qərb küləklərindən
sanitar mühafizəni tə”min
edir.
70-ci illər ərzində yaşıllıqlar
sahəsi 3 dəfədən də
çox genişləndi və 1984-cü
ildə 11165,7 hektara çatdı.
Ümumi istifadədə olan yaşıllıqkarın
sahəsi 7185,1 hektara çatdı
ki, bu da şəhərin bütün
yaşıl sahələrinin 65%-ni
təşkil edir.
Müasir mərhələdə
Bakının landşaftı-ekologiya
sistemində parkların rolu olduqca
artır. Şəhərin mövcüd
parklarıyla yanaşı, yeni,
1 qayda olaraq, miqyasına görə
əvvəlkiləri üstələyən
parklar formalaşır. Bakının
müxtəlif rayonlarında maraqlı
park massivləri salınır.
Dağüstü parkdan aşağı
yamacda yerləşən və
dar küçə ilə ayrılan
İngilis parkı bakılılara
çox yaxşı tanışdır.
Bir neçə park Nizami rayonunda
yaradılıb: Dədə Qorqud
park və Durnalar parkı (keçmiş
Zabitlər parkı və pioner
parkı).
Son illərdə şəhərin
müxtəlif rayon və mikrorayonlarında
Heydər Əliyevin şərəfinə
adlandırılmış parklar
salınmışdır.
Bakının yaşıllaşma
problemi helə tam həll olunmamışdır.
Şəhəri küləklərdən
qorumaq üçün xarici küləkdən
mühafizə zolağının
yaradılması və kütləvi
şəhərkənarı istirahət
yerlərinin təşkili mühüm
məsələlərdən biri
olaraq qalır.