EN   RU
 

Böyüklüyünə və bəzi fiziki – coğrafi əlamətlərinə görə Xəzər – dənizdir. Lakin dünyanın başqa iri su hövzələri ilə bilavasitə əlaqəsi olmadığına görə göl də adlanar. Bu baxımdan Xəzər dünyada ən böyük göldür. Xəzər var – dövlətdir, bərəkətdir. O, öz qoynunda xalq təsərrüfatı üçün əhəmiyyət kəsb edən zəngin xəzinədir. Xəzərin sahəsi 380 min kv.km-dir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6380 km-dir. Ən uzun sahəsinin uzunluğu 1205 km, eni 554 km, ən dərin yeri 1025 m-dir. Xəzərin səviyyəsi Ümumdünya okean səthindən 28 m aşağıdadır. Xəzərdə çoxlu miqdarda cürbəcür adalar var ( Pirallahı Jiloy, Plita, Zorya, Muğan daşı, Kür daşı, Qarasu və s.) Xəzər - əhəmiyyətli nəqliyyat yoludur, ətraf mühitin və havanın təmizliyinin zaminidir, landşaftın ölməz abidəsidir, qiymətsiz təbii yataqlara malikdir. Xəzərin əsas sərvəti neft və qazdır. 1994-cü ilin sentyabr ayında qərb dövlətlərinin konsertləri ilə bağlanan müqavilə havayı yerdən “əsrin müqaviləsi” adlanmır. Aparılan tədqiqatlar göstərir ki, Xəzər dünyada böyük neft anbarıdır. Hal – hazırda Azərbaycanda hasil olunan neftin 67 %-i, qazın 95 %-i Xəzərdən çıxır. Xəzər nadir və qiymətli balıqlarla da məşhurdur. Xəzər həm də möcüzələr yeridir. Dənizin 100 m dərinliyindən metal bünövrələrin üstündə 100-dən çox süni adacıqlar təşkil olunub estakadalar düzəldilmişdir. Estakadaların ümumi uzunluğu 400 km-dən çoxdur. Estakadaların üstündə çoxmərtəbəli yaşayış evləri və ictimai binaları olan “Neft daşları” şəhəri yaradıldı. Xəzərin qumlu çimərlikləri hamının sevimli yeridir. Xəzərin zümrüd suyu, “qızıl” qumu, ultrabənövşəyi günəş şüaları yay aylarında çoxlarını cəlb edir.
Saytda   Xəzər   dənizi   haqqında  ətraflı    məlumatların  yerləşməsi http://nature.aznet.org

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.