EN   RU
 
Bakı milyonçuları
 
Hacı Zeynalabdin Tağıyev  
Ага Муса Нагиев  
Şəmsi Əsədullayev  
Murtuz Muxtarov  
Nobel qardaşları  
   

Bakı milyonçuları

Bakıda milyonçu çox idi, bə’zilərinin adı və sədası bütün dünyaya yayılmışdı.
19-cu əsrdə Bakı şəhəri öz milyonçularının sayı e’tibarilə Rusiyanın şəhərləri içərisində görkəmli yerlərdən birini tuturdu. Neft bu şəhəri iri sərmayədarlar yurduna çevirmişdi. Lakin Bakı milyonçuları başqa şəhərlərin milyonçularından onunla fərqlənirdilər ki, onlar bu sərmayə və sərvəti irsi olaraq, öz ata və babalarından almamışdılar. Bir qayda olaraq, əksəriyyəti fəhləlikdən, yoxsulluqdan öz zəhmətləri ilə milyonçu dərəcəsinə yüksəlmişdilər. Əvvələr öz zəhmətləri, kamal və sə’yləri onları irəli aparmış, sonralar isə güclü neft fantanları onları sərvətin yüksək dərəcəsinə qaldırmışdı. Biz Bakının bu milyonçularından bir neçə nəfəri haqqında danışacağıq.

 

 

 

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.