EN   RU
 
 
1 2 3 4 5
PLOVLAR  
   
Səbziqovurmalı plov
Çığırtma plov
Toyuq plov
Meyvə plov
Şüyüd plov
плов чыхыртма
   
   
  DOLMALAR
   
долма из помидор Yarpaq dolması
Kələm dolması
Badımcan dolması
Bibər dolması
Pomidor dolması
   
   

 

 

 

 

SƏBZİQOVURMALI PLOV

Qoyun əti -165 q.
Düyü -100 q.
Ərinmiş yağ - 40 q.
Baş soğan - 50 q.
Keşniş - 50 q.
İspanaq -100 q.
Turşəng -100 q.
Kəvər - 50 q.
Abqora -15 q.
Zə"fəran - 0.05 q.
Döyülmüş istiot - 0.05 q.
Duz - 4 q.

Qoyunun bud və ya qabırğa hissəsindən götürüb sümüklə birlikdə 20-25 qramlıq parçalara doğrayırlar, duz vururlar, pörtürlər, soğan və yağ əlavə edirlər, soğan qızardıqdan sonra qazanın ağzını örtüb ət yumşalıncaya qədər bişirirlər. Keşniş, ispanaq, türşəng və kəvəri arıdıb yuyurlar, xırda doğrayırlar və qızarmış qoyun ətinin üstünə tökərək, ağzını örtüb bişirirlər. Bişəndən sonra abqora töküb bir dəfə qaynadırlar. Plovu boşqaba çəkirlər, üstünə səbziqovurma töküb yanına qazmaq qoyurlar.

 

 

 

ÇIĞIRTMA PLOV

Toyuq - 270 q.
Düyü -100 q.
Ərinmiş yağ - 40 q.
Baş soğan - 50 q.
Şüyüd - 5 q.
Yumurta - 2 əd.
Zə"fəran - 0.05 q.
Abqora - 10 q.
Duz - 4 q.

Toyuğu təmizləyib doğrayırlar, yuyurlar, bir az bişirdikdın sonra, yağda qızardırlar. Narın doğranmış soğanı yağda bir az qızardıb, toyuq və ya quşun üstünə tökürlər, bir az abqora vururlar, yumurtanı qarışdırıb çalırlar və onların üstünə tökürlər. Yumurtalar bişəndə odun üstündən götürürlər. Plovu boşqaba çəkib üstünə və ya ayrı qabda çığırtma qoyurlar. Bu cür hazırlanmış çığırtmanı çilovsuz da vermək olar. Belə çığırtmanı xırda doğranmış tikə qoyun ətindən də hazirlayırlar.

 

 

 

TOYUQ PLOV

Toyuq - 187 q. Düyü - 100 q.
Baş soğan - 50 q.
Zərinc - 10 q.
Ərinmiş yağ - 40 q.
Kişmiş - 30 q.
Zə"fəran - 0.1 q.
Döyülmüş istiot - 0.05 q.
Döyülmüş darçın - 0.2 q.
Duz - 4 q.

Düyünü qaynadıb süzürlər, üstünə zə"fəran gəzdirirlər və zirə səpirlər. Toyuğu təmizləyib azacıq duzlu suda pörtürlər. Axta-zoğalı 20-30 dəqiqə suda isladıb sonra xırda-xırda doğrayırlar. Soğanı narın doğrayıb qızardırlar, sonra oraya zoğal, kişmiş tökürlər, bir qədər zə"fəran vururlar, darçın, istiot səpirlər və 10 dəqiqə də qızardırlar. Bu qatışığı toyuğun içinə doldururlar, toyuğun üzünə isə zə"fəran çəkirlər. Qazana yağ töküb qızdırırlar, süzülmüş düyünün az bir hissəsini qazana tökürlər, sonra, içi doldurulmuş toyuğu qoyurlar, qalan düyünü üstdən töküb qazanın qapağını kip örtür və dəmə qoyurlar. Düyü dəm aldıqdan və toyuq bişdiqdən sonra plovu boşqablara çəkirlərç Hər boşqaba bir parça toyuq və bir qədər də toyuq içindən əlavə edib, yanına qazmaq qoyur və üstünə darçın səpirlər.

 

 

 


MEYVƏ PLOV

Düyü - 150 q.
Ərinmiş yağ - 50 q.
Kişmiş - 30 q.
Ərik qurusu - 25 q.
Qaysı - 20 q.
Qara gavalı qurusu - 25 q.
Un - 10 q.
Yumurta - 1,6 əd.
Duz - 4 q.

Düyüdən adi qaydada plov hazırlanır. Dəmə yağda bişirilmiş meyvə ilə birlikdə qoyulur. Süfrəyə verilikdə plovun üstünə yağda bişirilmiş meyvə və qazmaq qoyulur və yağ tökülür.

 

 

 

ŞÜYÜD PLOV

Düyü - 150 q.
Ərinmiş yağ - 50 q.
Yumurta - 2 əd.
Şüyüd - 60 q.
Zə' fəran - 0,1 q.
Duz.

Düyüdən adi qaydada plov hazırlanır və dəmə qoyduqda narın doğranmış şüyüdlə qarışdırılır. Yumurtanı südlə çalıb omlet bişirir, paxlava şəklində doğranır. Boşqaba plov çəkilib üstünə omlət tikələri qoyulur və yağ tökülür. Bə' zən omlet əvəzinə bişirilmiş qoyun əti götürülür.

 

 

 

YARPAQ DOLMASI

Qoyun əti - 108 q.
Düyü - 30 q.
Baş soğan - 20 q.
Göyərti (keşniş, şüyüd və nanə) - 15 q.
Tənək yarpağı - 40 q.
Qatıq - 20 q.
Ərinmiş yağ - 10 q.
Duz
İstiot
Darçın

Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, xırda doğranılmış göyərti (keşniş, şüyüd, nanə), duz, istiot və bə"zi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə üzüm yarpaqları qaynar suda pörtlədilir, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su tökülüb hazır olana kimi (bir saat) bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.

 

 

 

KƏLƏM DOLMASI

Qoyun əti - 163 q.
Düyü - 20 q.
Noxud - 10 q.
Baş soğan - 15 q.
Kələm - 220 q.
Şabalıd - 50 q.
Keşniş - 15 q.
Pomidor - 50 q.
Şərab sirkəsi - 10 q.
və ya limon turşusu - 2 q.
şəkər - 5 q.
və ya doşab - 15 q.
darçın - 0,1 q.
duz

Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır. Qiyməyə düyü, soyuq suda isladılmış noxud ləpəsi, təmizlənmiş və xırda doğranmış şabalıd, pomidor, göyərti, istiot və duz vurulub ciddi qarışdırılır. Kələmi qaynar suda pörtüb, yarpaqları ayırır və hər pay üçün üç ədəd olmaqla kələmin içərisinə qiymə qoyulub kvadrat formasında bükülür. Qazana yığılır, üzərinə bulyon və ya su tökülür, bişirilir. Hazır olmasına 20 dəqiqə qalmış üzərinə şəkər və sirkədən hazırlanmış şirə əlavə edilir. Süfrəyə verdikdə kələm dolmasının üstünə bişirildiyi sousdan tökülüb darçın səpirlər.

 

 

 

BADIMCAN DOLMASI

Qoyun əti - 163 q.
Badımcan - 300 q.
Baş soğan - 20 q.
Ərinmiş yağ - 20 q.
Pomidor - 50 q.
Göyərti (reyhan, keşniş) - 15 q.
Darçın - 0,2 q.
atıq - 50 q.
İstiot - 0,1 q.
Duz

Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1-2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yığılıb ətrafına pomidor dilimləri, düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür. Ayrıca qabda darçınlı qatıq verilir.

 

 

 

BİBƏR DOLMASI

Qoyun əti - 163 q.
Bibər - 215 q.
Düyü - 15 q.
Baş soğan - 20 q.
Qoyun quyruğu - 20 q.
Ərinmiş yağ - 20 q.
Qatıq - 50 q.
Darçın - 0,1 q.
İstiot - 0,1 q.
Duz

Bibər yuyulur, özəyi çıxarılır. Qoyun ətindən quyruq və soğanla qiymə hazırlanır. Qiyməyə duz, istiot və pörtlədilmiş düyü qatılıb qarışdırılır. Həmin qiymə bibərə doldurulur, yağda qızardılır və üstünə azacıq bulyon tökülüb 15-20 dəqiqə öz buğunda bişirilir.

 

 

 

POMİDOR DOLMASI

Qoyun əti - 163 q.
Pomidor - 300 q.
Baş soğan - 20 q.
Ərinmiş yağ - 20 q.
Göyərti (reyhan, keşniş) - 15 q.
Darçın - 0,2 q.
Qatıq - 50 q.
İstiot - 0,1 q.
Duz

Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır. Orta ölçüdə bərk pomidor seçilib təpəsi kəsilir və özəyi çıxarılır. Hazırlanmış pomidora qiymə doldurulur, dayaz qazana yığılır. Üzərinə pomidordan çıxarılmış özəyin yağda qızardılması ilə hazırlanmış sous əlavə edilib öz buğunda bişirilir.

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.