EN   RU
 
 
1 2 3 4 5
İKİNCİ XÖRƏKLƏR  
   
Həvəskər qovurması
Cız-bız
Övriştə
Qiymə çığırtma
Səbzi - qovurma
Kütüm ləvəngi
кутум лаванги
   
   
  KABABLAR
   
шашлык любительский Həvəskər kababı
Qara ciyər kababı
Lüləkabab
Balığdan kabab
Cücə kabab
   
   

 

 

 

 

HƏVƏSKƏR QOVURMASI

Qoyun əti -- 300 q.
Ərinmiş yağ - 30 q.
Baş soğan - 50 q.
Pomidor - 100 q.
Zə' fəran - 0, 05 q.
İstiot
Duz

Qoyun əti 40 - 50 qramlıq çox da böyük olmayan sümüklü tikələrə doğranır, duz və istiot vurulub tavada yağ içində qızardılır. Üzərinə qızardılmış soğan, zə' fəran şirəsi və bir qədər bulyon tökülüb hazır vəziyyətə çatdırılır. Pomidor iki yerə bölünüb yağda qızardılır. Süfrəyə paylıq tavada verilir, qovurmanın yanına qızardılmış pomidor qoyulur.

 

 

 

CIZ - BIZ

Qoyun bağırsağı ( şirin bağırsaq ) - 140 q.
Ürək - 60 q.
Qara ciyər - 67 q.
Böyrək - 60 q.
Mayalıq - 50 q.
Baş soğan - 50 q.
Kartof - 193 q.
Quyruq - 15 q.
Göyərti - 5 q.
Sumaq - 1,0 q.
İstiot - 0,1 q.
Duz
Yay fəslində 100 q pomidor.

Təmizlənmiş qoyun bağırsağı 2 -3 sm uzunluğunda doğranır. Qaraciyər, böyrək, ürək və mayalıq da doğranıb, duz istiot vurularaq birlikdə qovrulur. Sonra buna dilim şəklində doğranmış soğan və ayrıca tavada uzunsov doğranılıb qızardılmış kartof əlavə edilir və hazır vəziyyətə gətirilir. Süfrəyə verdikdə üstünə göyərti səpilir, yanına sumaq qoyulur.

 

 

 

ÖVRİŞTƏ

Toyuq əti - 270 q.
Ərinmiş yağ - 30 q.
Baş soğan - 50 q.
Zoğal qurusu - 100 q.
Şəkər - 5 q
İstiot - 0,1 q.
Duz

E'mal olunmuş toyuq 30 - 35 qramlıq tikələrə doğranır, duz, istiot vurulub yağda qızardılır. Soğan ayrıca qızardılır, sonra isladılmış zoğal qurusu, axırda şəkər əlavə edilir və tavadakı toyuğun üstünə tökülür. Yaxşı qarışdırılıb hazır olunca bişirilir.

 

 

 


QİYMƏ ÇIĞIRTMA

Qoyun əti - 163 q.
Baş soğan - 40 q.
Ərinmiş yağ - 25 q.
Yumurta - 2 əd.
Şüyüd - 12 q.
Zə' fəran - 0,1 q.
İstiot - 0,1 q.
Duz

Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zə' fəran vurulub yağda qovrulur. Qiymənin üstünə çalınmış yumurta vurulub qızdırıcı şkafda bişirilir. Süfrəyə verdikdə üstünə göyərti səpilir..

 

 

 

SƏBZİ - QOVURMA

Qoyun əti - 330 q.
Baş soğan - 50 q.
Ərinmiş yağ - 25 q.
Abqora - 10 q.
və ya limon turşusu - 0,3 q.
Zə' fəran - 0,1 q.
Keşniş və şüyüd - 50 q.
İspanaq və türşənk - 50 q.
Kəvər - 50 q.
Göy soğan - 50 q.
İstiot
Duz

Qoyun ətinin bud hissəsi əvvəlcə sümükdən ayrılır və 25 -35 qramlıq tikələrə kəsilir. Ətə duz və istiot vurulub qızardılır.. Sonra yağda qızarldılmış soğan, zə' fəran şirəsi, limon turşusu və ya abqora ilə birlikdə öz buğunda bişirilir. Hazır olmasına 5 dəqiqə qalmış doğranmış göyərti (ispanaq, türşənk, keşniş, şüyüd, kəvər, göy soğan) qatılır. Süfrəyə verdikdə yanına qatıq qoyulur.

 

 

 

KÜTÜM LƏVƏNGİ

Təzə kütüm - 253 q.
Qoz ləpəsi - 50 q.
Baş soğan - 30 q.
Ərinmiş yağ - 10 q.
Zoğal axtası - 25 q.
Kişmiş - 50 q.
Duz

Balıq bütöv şəkildə təmizlənir, içalatı çıxarılır və yuyulur. Yağda qızardılmış soğana döyülmüş qoz, isladılıb xırda doğranmış zoğad axtası və kişmiş qatılıb qiymə hazırlanır. Balıq duzlanır, içinə qiymə qoyulub sapla sarınır, qızdırıcı şkafda bişirilir. Süfrəyə verilikdə eninə tərəfə tikələrə doğranır.

 

 

 

HƏVƏSKƏR KABABI

Qoyun əti - 330 q.
Baş soğan - 60 q.
Göy soğan - 40 q.
İstiot - 0.1 q.
Sumaq - 3 q.
Cəfəri və reyhan - 10 q.
Duz

Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Kabab hazır olan kimi stola verilməlidir. Kababın yanında halqavarı doğranmış soğan və göy soğan, airıca qabda sumaq və ya narşərab, (yay vəxtı şişdə qızardılmış 100 q. pomidor), istiot və duz verilir.

 

 

 

QARA CİYƏR KABABI

Qoyun qara ciyəri - 230 q.
Quyruq yağı - 60 q.
Sumaq - 3 q.
Cəfəri - 18 q.
Duz - 4 q.

Qara ciyər pərdələrdən təmizlənir, 30 - 40 q. çəkidə doğranır. Qoyun quyruğu 10 - 15 qramlıq tikələrə doğranır və növbə ilə qara ciyərlə şişə taxılır. Manqalda qızartmazdan əvvəl qaraciyərə duzlu su çilənir. Hazır kababın üstünə göyərti və sumaq səpilir.

 

 

 

LÜLƏKABAB

Qoyun əti - 330 q.
Quyruq yağı - 20 q.
Baş soğan - 20 q.
Göy soğan - 40 q.
Cəfəri və reyhan - 15 q.
Buğda unu - 45 q.
Sumaq - 3 q.
İstiot
Duz

Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istioit və duz vurulub ciddi qarışdırılır. Qiymə soyumaq üçün 20 dəqiqə soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov formaya salinir. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir. Lüləkababin yanına halqavarı doğranılmış baş soğan, sumaq, yaxud şişdə qızardılmış pomidor verilir.

 

 

 

BALIĞDAN KABAB

Nərə balığı - 347 q.
Bitki yağı - 5 q.
və ya xama - 10 q.
Baş soğan - 24 q.
Göy soğan - 32 q.
Təzə pomidor - 100 q.
Limon - 1/5 əd.
Narşərab - 5 q.
Sumaq - 1 q.
İstiot - 0,1 q.
Duz

Nərə balığı adi qaydada təmizlənir, 40-50 q-lıq düzgün tikələrə doğranır, duz, istiot vurulur, xama ilə isladılıb 7-10 dəqiqə manqalda qızardılır. Hazır balıq kababının yanına təzə pomidor, doğranmış soğan və limon dilimləri qoyulur. Narşərab və sumaq ayrıca verilir.

 

 

 

CÜCƏ KABAB

Cücə - 285 q.
Xama - 10 q.
Limon - 1/2 əd.
və ya narşərab - 25 q.
Baş soğan - 30 q.
Keşniş və cəfəri - 25 q.
İstiot
Duz- 4 q.

İlk e"maldan keçirilmiş cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır. Xama ilə isladilib manqalda qızardılır. Hazır kababın yanında halqavarı doğranmış baş soğan verilir və üstünə limon dilimi qoyulur.

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.