|
XƏZƏR" SALATI
Nərə balığı - 375 q.
Zəifduzlu somğa balığı - 55 q.
Dənəvər kürü - 30 q.
Kartof - 160 q.
Təzə xiyar - 180 q.
Xama - 160 q.
Kahı - 55 q.
Limon - 1 ədəd
Tərxun - 55 q.
İstiot
Duz
Balığı bişirib qabığını və qığırdaqlarını təmizləyirlər. Doğranılmış tərəvəzləri xama ilə qarışdırıb təpəcik şəklində boşqaba tökür, uzun dilimlərə bölünmüş balıq, kahı yarpaqları, tərxun, kisəcik şəklində bükülüb dənəvər kürü qoyulmuş somğa dilimləri ilə bəzəyirlər.
"AZƏRBAYCAN" SALATI
Pomidor - 60 q.
Xiyar - 45 q.
Göy soğan - 15 q.
Baş soğan - 20 q.
Qırmızı turp - 40 q.
Xama - 30 q.
Şüyüd - 10 q.
İstiot
Duz
Pomidor, xiyar və qırmızı istiot nazik dairələr şəklində doğranıb boşqaba qoyulur. Ortasına doğranmış göy soğan tökülür. Baş soğan halqavarı doğranıb pomidirun üstünə düzülür, duz, istiot və xama əlavə edilir. Üzərinə xırda doğranmış şüyüd səpilir, kənarlarına yaşıl kahı yarpağı düzülür.
GÖYƏRTİ KÜKÜSÜ
Yumurta - 2 əd.
Göy soğan - 25 q.
Keşniş - 15 q.
Şüyüd - 10 q.
İspanaq - 30 q.
Ərinmiş yağ - 30 q.
İstiot
Duz
Keşniş, şüyud, ispanaq və göy soğan yuyulur, xırda doğranır, üzərinə istiot, duz və yumurta əlavə edilib diqqətlə çalinir. Küküyə bə zən ovulmuş ağ çörək və ya bir az un əlavə edilir. Tavada yağı qızardıb göyərti ilə çalınmış yumurtanı oraya tökür va üstünü hamarlayırlar. Yumurta bərkidikdən sonra kükünü iki və ya dörd hissəyə bölüb qızardırlar. Süfrəyə verdikdə üzərinə yağ tökür və yanına qatıq qoyurlar.
LOBYA FİSİNCANI
Qırmızı lobya - 100 q.
Baş soğan - 30 q.
Ərinmiş yağ - 20 q.
Qoz ləpəsi - 30 q.
Sirkə - 20 q.
və ya nar şirəsi 15 q.
Keşniş göyərtisi - 20 q.
İstiot
Duz
Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. İstiot, duz, sirkə və ya nar şirəsi əlavə edilib qarışdırılır. Fisincanın üstünə göyərti səpilir və halqavarı doğranmış baş soğanla bəzənir.
SOYUTMA
Qoyun əti - 217 q.
Baş soğan - 30 q.
Pomidor - 280 q.
Xama - 30 q.
İstiot - 0,1 q.
Duz
Qoyun ətini 1,0 - 0,5 kq tikələr şəklində suda bişirir, bulyondan çıxarıb soyudurlar. Süfrəyə verdikdə soyuq qoyun ətini 2 -3 mm qalınlıqda doğrayır, boşqaba qoyur, yanına girdə doğranmış pomidor və çəp şəklində soğan düzür, üstünə xama tökürlər.
PİTİ
Qoyun əti - 163 q.
Quyruq - 20 q.
Düyü -15 q.
Təzə alça - 30 q.
Noxud - 25 q.
Kartof - 150 q.
Baş soğan - 18 q.
Zə' fərən - 0,1 q.
Quru nanə - 0,1 q.
İstiot
Duz
Pitinin hər payına 55 - 60 qramlıq 2 -3 tikə qoyun əti götürülür. Noxud 4 -5 saat soyuq suda isladılır. Ət və noxudu piti qabına qoyub zəif od üzərində tədricən bişirirlər. Xörəyin hazır olmasına 30 dəqiqə qalmış kartof, iri diğranmış soğan, alça, duz və zə' fəran şirəsi tökülüb hazır olana kimi bişirilir. Piti bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir, yanına dərin boşqab və ya kasa, sumaq və təmizlənmiş baş soğan qoyulur.
KÜFTƏ - BOZBAŞ
Qoyun əti - 163 q.
Quyruq - 20 q.
Düyü - 15 q.
Təzə alça - 30 q.
Noxud - 25 q.
Kartof - 150 q.
Baş soğan - 18 q.
Zə' fərən - 0,1 q.
Quru nanə - 0,1 q.
İstiot
Duz
Küftə - bozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2 -3 ədəd yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartof və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10 - 15 dəqiqə qalmış ona duz, istiot və zə' fəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə vetiləndə üzərinə keşniş, yahud quru nanə səpilir.
DÜŞBƏRƏ
Qoyun əti - 108 q.
Buğda unu - 40 q.
Yumurta - 1/4 ədəd
Baş soğan - 18 q.
Şərab sirkəsi - 10 q.
Keşniş - 15 q.
Nanə qurusu -10 q.
İstiot
Duz.
Düşbərə hazırlamaq üçün sümüklərdən bulyon bişirilir, qoyun ətinin yumşaq hissəsindən siğan və ədviyyat qatmaqla qiymə hazırlanır. Mayasız yoğrulmuş bərk xəmir 1 mm qalınlığında yayılıb kiçik kvadratlar şəklində doğranır. Hər kvadratın ortasına 2 -3 qram qiymə qoyulur. Kvadratlar ortadan və ya üçkünc qatlanıb küncləri geriyə dartılır. Düşbərəni bulyonda 5 dəqiqə bişirirlər. Ev şəraitində düşbərəni elə xırda hazırlayırlar ki, bir qaşığa 4 -5 ədəd yerləşir. Süfrəyə verilən zaman yanına sarımsaqla sirkə qoyulur, üstünə isə keşniş və ya quru nanə səpilir.
DOVĞA
Qoyun əti - 108 q.
Baş soğan - 15 q.
Noxud - 15 q.
Qatıq - 200 q.
Xama - 40 q.
Yumurta - 1/3 əd.
Un - 8 q.
Düyü - 20 q.
Göy soğan - 18 q.
İspanaq - 40 q.
Keşniş, şüyüd, kəvər - 30 q.
Nanə - 15 q.
Kərəviz - 10 q
İstiot
Duz
Darçın
Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya - bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
OVDUX - DOĞRAMAC
Qatıq - 200 q.
Su - 100 q.
Təzə xiyar - 100 q.
Göy soğan - 40 q.
Keşniş - 10 q.
Şüyüd - 10 q.
Reyhan - 5 q.
Yumurta - 1 əd.
Mal əti - 100 q.
Duz
Sarımsaq
Ovdux hazırlamaq üçün qaynadılıb soyudulmuş su qatıqla qarışdırılır. Qabığı soyulmuş xiyar və göyərti xırda doğranır, durulaşdırılmış qatıqla qarışdırılır, duz və sarımsaq qatılıb soyuducuya qoyulur. Ovdux soyuq halda süfrəyə verilir. Ovdux, adətən, ətsiz hazırlanır. Müstəsna hallarda ovduxa bişirilib xırda doğranmış mal əti və bərk bişirilmiş yumurta qatılır.
|