Absheron
yarımadasının qərbində və cənubi-qərbində,
Bakının 60 km-də yerləşən, Böyük Qafqazın
(qıraq) cənubi-şərq qollarının alçaq dağlı
və dağətəyi rayonudur. Qobustanın adı “Qobu”
sözündən götürülmüşdür. Ona görə də Qobustan
qobular və yarğanlar diyarı sayılır. Ən
böyük hündürlük burada 1047 m-dir. Palçıqlı,
dərətəpəli, palçıqlı – gilli relyefə malikdir.
Cənubunda palçıqlı yanardağlar mövcuddur.
Burada əsasən harımsəhra landşaftları hökm
sürür. Qış otlaqları da var. Qobustanın
dağlarında Azərbaycan xalqının əjdadlarının
maddi və mənəvi mədəniyyətini əks etdirən
6 mindən çox qədim rəsmlər tapılmışdır.
Bundan başqa qədim yaşayış məntəqələri –
20 mağaralar və dayanacaqlar, 40 kurqan
qazıntıları və 100 mindən çox maddi mədəniyyət
əşyaları aşkar olunmuşdur. Ən qədim rəsmlər
mezazoy erasına aid olduğu sayılır, ancaq
burada bu eradan əvvəl də yaşayışın olması
istisna edilmir. Elə buna görə də Qobustan
mədəniyyətin beşiklərindən biri sayılır.
Qobustan tarixi abidələrinin öyrənilməsi
1939-1940-ci illərdən başlayaraq, bu günə
qədər də davam edir. Qobustanın abidələr
məcmusu nadir rəsmlər kolleksiyası kimi,
arxeoloji materiallar və ibtidai insanların
yaşayış tərzini əks etdirən bir material
kimi dünya miqyasına malikdir. Azərbaycan
xalqının teatr incəsənəti və incəsənətin
başqa növləri öz başlanğıcını məhz Qobustan
abidələr kolleksiyasından qötürür.
Qalaüstü cizgilərə Qobustandan şimala tərəf
Xəzərin sahili boyunca Bakıya və Abşeron
yarımadasının uzaqlarına qədər təsadüf olunur.
Belə sayılır ki, rəsmlərin bir hissəsi Qobustanda
tropik klimat olanda həkk olunmuşdur, flora
və fauna ilə zəngin olan düzənlik olmuşdur.
Suyun və qidanın bol olması diri təbiətin
müxtəlifliyinə səbəb olmuşdur. Qayalar üzərində
qazıma üsulu ilə insanlar, müxtəlif heyvanlar
təsvir olunmuşdur. Balıqların qaya üzərində
həkk olunması bizim eradan əvvəl X-IX əsrlərə
aid hesab olunur. Balıq obrazı dini məbədlərə
aid olunur. Belə ki, balıq obrazları Abşeronda
evlərin fasadında həkk olunarmış və bu da
köhnə ənənə sayılarmış. Əgər yoxuda balıq
görsən, deməli bu varlanmaq rəmzidir. Ümumiyyətlə
balığa pərəstiş Abşeronda çox qədimdən olub. Qobustanın
qayaüstü təsvirləri müxtəlif dövrlərə aiddir
və bizim eradan əvvəl X-VIII əsrlərə aid
hesab edilir. Böyük bir tarixi vaxtı əhatə
etdiyinə görə Qobustan qayaüstü təsvirləri
başqa qayaüstü kolleksiyalardan daha üstündür.
Qobustan üçün kişi və qadın rəsmləri əsasən
öz yerini tutur. İnsanlar bə`zən öz təbii
böyüklüyündə çəkilmişdir. Kişilər ovçu geyimində,
silahlı, böyük boylu, inkişaf etmiş əzələli
təsvir olunmuşdur. Bəzi qadınların bədəni
döydürülmüş şəkillərlə bəzədilmişdir. Bu
cür təsvirlər tropik ölkələrə və Okeaniyaya
xas olan əlamətdir.
İnsanların kölgə təsvirlərinin əvəzinə öküzlərin
öz təbii böyüklüyündə kontur təttli təsvirləri
yaradılır. Bunların bəzilərinin uzunluğu
240 sm, hündürlüyü 140 sm olur. İri və nisbətən
xırda vəhşi öküzlərin kontur təsvirləri
və silahlı kişilərin təsvirləri bizim eradan
əvvəl VII-IV əsrlərə aid olunur. O dövrlərdə
ovçuluq insanların həyatında mühüm yer tuturdu.
Ceyranların, maralların, vəhşi keçilərin,
atların, qabanların, şirlərin çoxsaylı rəsmləri
bizim eradan əvvəl, VI-III əsrlərə aiddir.
Qədim rəsmlərdən başqa Qobustanda, Böyük-daş
dağının ətəyində latınca yazılmış sözlər
aşkar edilmişdir. Bu yazı bizim eradan əvvəl
I əsrə (84-96-cı illər) aiddir və Bakının
yaxınlığında Roma qoşunlarının olmasından
bəhs edir:
Imp Domitiano
Caesare avg
Germanic
L Julius
Maximus
Leg XII Ful.
Qaya üzərində latın dilində yazılmış bu
kitabədən mə`lum olur ki, imperator Domisianın
dövründə bizim eradan əvvəl 81-96-cı illərdə
12-ci Roma legionu Azərbaycanda olmuşdur.
Bu yazı Azərbaycan tarixinin az öyrənilmiş
dövrünü müəyyən qədər işıqlandırır. IV əsrin
ikinci yarısının latın avtoru Yevtropi yazır
ki, Domisian Azərbaycana dörd dəfə hərbi
əməliyyat yürüşü təşkil etmişdir. Bu yürüşlərindən
birində həmin legion öz sərkərdəsilə birlikdə
məhv edilmişdir. Belə qənaətə gəlmək olar
ki, bu latın yazısı Abşeronun yerli əhalisinin
məhv etdiyi 12-ci legionundan bəhs edir.
I əsrdə Roma qoşunlarının Abşeronda olmasını
Abşeron kəndinin birinin Ramana adlanması
da təsdiq edir. VIII əsrdə Bar Ebrey tərəfindən
də Kiçik Asiyada Ramana şəhərinin mövcud
olmasından danışılır. Bütün bunları nəzərə
olaraq demək olar ki, Bakı yaxınlığında
olan Qobustanda vaxtilə istilaçı Roma qoşunları
yerləşdirilibmiş.
Bundan başqa Qobustanda XII-XIV əsrlərə
aid olan ərəb əlifbası ilə həkk olunmuş
yazılara da təsadüf olunur. Azərbaycanın
qədim mədəniyyətini təbliğ etmək məqsədilə
Azərbaycan SSR Nazirlər Sovetinin 9 sentyabr
1966-cı il 503 saylı qərarına əsasən Qobustan
qoruğu təşkil edilmişdir. Ərazisi 4400 ha-dır.
Qoruq Mədəniyyət Nazirliyinin nəznindədir.
Qobustan qoruğu dünyada tarixi-bədii bir
qoruq kimi məşhurdur. Bu qoruğun əsas fəaliyyətlərindən
biri də qayaüstü yazıların, rəsmlərin, kurqanların,
yaşayış məntəqələrinin qorunmasını öyrənilməsini,
təbliğ olunmasını təşkil etməkdir. Çünki
bütün bu abidələr Mezolit, Neolit və daha
sonrakı dövrlərə aid olmaqla bərabər Azərbaycan
xalqının əcdadlarından, tarixindən, mədəniyyət
və incəsənətindən xəbər verirlər.
Qobustan qoruğuna hər il minlərlə yerli
və xarici qonaqlar baş çəkirlər.
Qobustan qoruğuna bizim ölkənin və xarici
ölkələrin elm və mədəniyyət xadimlərinin
marağı ildən – ilə artır.