|
Şirvanşahlar
sarayı ansamblı XV əsr Azərbaycan
me`marlığının incisidir.
Saray kompleksinə daxil olan abidələr
Bakı Kremlinin – “İçəri
şəhərin” ən yüksək
təpəsində yerləşir.
Bir-birindən fərqli olan üç
həyət – terrasda yerləşən
ansambl yüksəkdən baxdıqda
gözəl rəsm əsərini
xatırladır.
Gözəl me`marlıq forması,
daşların yonulması və
hörülməsindəki valehedici
dəqiqlik, portalın məharətlə
oyulmuş xalçavarı ornament
bəzəyi və gümbəzlərlə
tamamlanan abidə bu günədək
öz formasını itirməmişdir.
Abidə bütövlüklə
daşdan ibarətdir.
Ansambla daxildir: saray binası, divanxana,
Seyid Yəhya-Bakuvinin türbəsi,
saray türbəsi, minarəli saray
məscidi, hamam və bir qədər
sonra tikilən Şərq darvazası
portalı.
Kompleksin başlıca tikilisi sayar
binasıdır. Saray binası öz
lakonik forması, daşların
düzülüşündəki
işıq oynaqlığı,
portalının möhtəşəmliyi,
birinci və ikinci mərtəbənin
pəncərə və mazğallarındakı
şəbəkə ilə nəzər-diqqəti
cəlb edir.
Divanxana xüsusi qəbul və
dövlət məsələləri
məşvərəti yeridir. Onun
ratondası tağlı eyvanlarla
əhatə olunmuş çoxbucaqlı
gümbəzlə örtülmüş,
məharətlə oyulmuş nəbati
ornament bəzəyi və yazılardan
ibarət olan portalla qurtarır.
Portalında adı yazılan, müəllifi
me`mar Məhəmməd Əli
olan, Şirvanşahlar türbəsi
öz gözəlliyi və zəngin
ornament bəzəyi ilə XV əsr
divanxanasının portalından
heç də geri qalmır.
Türbə ilə yanaşı,
minarəsində abidənin 1441-ci
ildə tikildiyini göstərən
yazı olan, saray məscidi yerləşir.
Ansamblın cənub həyətində
saray alimi Seyid Yəhya-Bakuvinin çox
da böyük olmayan gümbəzlə
örtülmüş səkkizbucaqlı
türbəsi ucalır.
Aşağı həyətdə,
yerin altında, maraqlı abidə
olan XV əsr saray hamamı yerləşir.
Hamam bizə uçub-dağılmış
formada gəlib çatsa da, qalıqlar
binanın rasional kompozisiyaya uyğun
olaraq tikildiyini qeyd edir.
Me`mar Əmirşahın yaratdığı
Şərq darvazası portalı
(1585–ci il) ansamblın XVI əsrə
aid olan yeganə tikilisidir.
Bütün bunlara siz “Şirvanşahlar
sarayı” dövlət tarixi – me`marlıq
qoruq – muzeyinə gəlməklə
nəzər yetirə bilərsiniz.
Ynvanımız
370004, İçəri Şəhər,
Böyük Qala küçəsi,
46
tel: 492-83-04, 492-10-73
“Şirvanşahlar
sarayı kompleksi”nin me`marlıq
abidələri.
Аджалов
Р.М., Адигезалов Э.А. Фото Кулиева В.
Şirvanşahlar
Sarayı kompleksinin fotoqalereyası
|