EN   RU
 

Нефтяные камниNeft Daşlarından sonra özü qaldıran və özü üzən buruq qurğularının köməyi ilə yeni qaz və neft yataqları: Azəri, Çıraq, Günəşli, Xəzərin Azərbaycan sektoruna Kəpəz, Xəzərin Türkmənistan sektoruna Şərqi-Livanovo, Qazağıstan sahillərində Qayalı Dəniz aşkar olundu.
1964-1968-ci illərdə Azərbaycanda neft istehsalı ildə 21 mln tona çatdırıldı. 1969-cu ilədək Azərbaycanda neft sənayesi Nazirliyi mövcud olub. Həmin Nazirlik tamamilə mərkəzdən, Moskvadan idarə olunurdu. Həmin Nazirlik həm Azərbaycan SSR-nin Nazirlər Kabinetinə və həm də SSRi Neft sənayesi Nazirliyinə tabe idi. Bu dövrdə Azərbaycanda quruda neftin azalması dənizdə isə çoxalması müşahidə edildiyinə görə belə bir strukturun saxlanılması məqsədə üyğun deyildi. Buna görə də həmin Nazirliyin əvəzində funksiyaları biri-birindən fərqlənən iki sənaye birliyinin yaranması qərara alındı. Birinci “Azneft” – respublikan quru ərazisində fəaliyyət göstərirdi. İkincisi “Xəzərdənizneftqaz” isə dənizdə fəaliyyət göstərirdi.
1971-ci ildə Azərbaycanda neft istehsalının 1 milyard tona çatdırılması böyük təntənə ilə qeyd olundu. 1981-ci ildə isə 15 milyard kub-metr qaz istehsal olunmuşdur.
1990-cı ildən Azərbaycanda neft istehsalı azalmağa başladı. Bunun da səbəbi 80-ci illərdə SSRi-də iqtisadın zəifləməsi və müstəqillik əldə edildikdən sonra keçmiş respublikalarla əlaqələrin pozulması idi.
SSRi dağıldıqdan, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə neft və qazın istehsalı ilə 1992-ci il sentyabrın 13-də yaranmış “Azərbaycan Respublikasının Dövlət Neft Kompaniyası (ARDNK) məşğul olur. Bundan başqa bu kompaniya neft və qaz sənayesi üçün maşınqayırma avadanlıqları, neftin daşınması, geofizika və mühəndis geologiyası ilə də məşğuldur. Bu kompaniyanın tərkibinə “Azneftyanacaq”, “Azneftyağ”, “Geologiya və Geofizika”, “Şelflayihətikinti” Sənaye Birləşmələri də daxildirlər. Bunlardan başqa tikinti trestləri, avtonəqliyyat müəssisələri, neft donanması, tədqiqat və layihə institutları da kompaniyanın tərkibinə aiddirlər. Bu kompaniyada 77 min nəfər əhali çalışır. Kompaniya suda 1400, quruda 6800-ə yaxın neft quyularına, 300-dən artıq neftdaşıyan gəmilərə, 6 ədəd üzən neft buruqları platformalarına da nəzarət edir. Kompaniya 1995-ci ildə 9.161 mln ton neft, və 6.643 mlrd kubmetr qaz istehsal etmişdir.
подписание "Контракта века"Kompaniya yaranan ərəfələrində onun ölkədə neft sənayesinin inkişafı üçün lazımi qədər vəsaiti yox idi. Buna görə də Azərbaycan höküməti bu işə xarici kapitalı cəlb etdi. 1991-ci ilin yanvar ayında hələ XX-ci əsrin 80-ci illərində aşkar edilmiş neft yataqlarının işləyib hazırlanması üçün Tender e`lan olundu. 1994-cü ilin sentyabr ayının 20-də “Əsrin kontraktı” adı ilə məşhur olan Bakıda ilk kontrakt bağlandı. Bu kontrakta əsasən “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqları işləyib hazırlanmalıdır. 1995-ci ilin əvvəlində ARDNK və 10 xarici neft kompaniyaları Azərbaycan Beynəlxalq Əməliyyat Kompaniyasını – ABƏK (AMOK) təşkil etdilər.
Bu kompaniya kontrakt əsasında görülən bütün işlərə bilavasitə rəhbərlik edir. 1999-cu ildə layihənin rəhbərliyi kontrakta görə daha çox payı olan BP kompaniyası olur. Layihəyə uyğun olaraq, Bakı-Novorossiysk neft kəməri 1997-ci ilin axırında ABƏK tərəfindən başa çatır.
“Əsrin kontraktından” sonra biri-birinin ardınca Qarabağ, Şahdəniz, Əşrəfi Dan Ulduzu, Lənkəran-Dəniz, Talış-Dəniz, Naxçıvan, Abşeron, Oğuz, Kür daşı, İnat, Araz-Alov-Şərq və başqa (20-ə yaxın) kontraktlar bağlandı və bunların əsasında Azərbaycana çoxlu miqdarda xarici sərmayələr cəlb olundu. Bütün bu neft kontraktlarının həyata keçirilməsi müxtəlif mərhələdirlər. Şahdəniz kontraktı daha səmərəli oldu. Belə ki, kəşfiyyatlar əsasında mə`lum olmuşdur ki burada 1 trl kubmetrə yaxın qaz var.
Azərbaycan neft ixracını şimal istiqamətində Bakı-Qroznı, qərb istiqamətində isə Bakı-Supsa neft kəmərləri vasitəsilə ildən-ilə artırır. Ildə 50 mln ton Azərbaycan neftinin ixracını və şərqi Xəzər neftinin tranzitini tə`min etmək üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilir. Bu kəmərin uzunluğu 1767 km-dir. Bunlardan 443 km-i Azərbaycanın, 248 km-i Gürcüstanın, 1076 km-i Türkiyənin ərazisindən keçir. Media-Press mə`lumat verir ki, bu kəmərin tikinti işləri 2003-cü ilin aprel ayında başlanmışdır və gözlənildiyinə görə 2004-cü ilin IV-cü rübündə başa çatmalıdır.
нефтепровод Баку-Тбилиси-ДжейханAzərbaycan neftinin Ceyhan limanından ixracı 2005-ci ilin II rübündə nəzərdə tutulur.
Hal-hazırda Azərbaycanda qazıma əməliyyatına hazır və kəşfiyyatda olan 231 gələcəyi olan neft və qaz strukturları mövcuddur. Onların 38.1% -i quruda, 61.9%-i Xəzərin Azərbaycan bölməsindədir. Qazıma işlərinə hazırlanmış yataqların sayı 25.1%-dir. Respublikada 69, o cümlədən quruda 42, dənizdə 27 yataqlar aşkar edilmişdir. 61 yataq, o cümlədən 40-ı quruda, 21-i dənizdə sənaye istismarında olmuşdur. Bütünlükdə 1.4 mlrd ton kondensatik neft və 500 mlrd kubmetrə yaxın qaz istehsal olunmuşdur.
Azərbaycan axırıncı bir neçə ildə neftin hasil edilməsi və onun ixracına görə ciddi bir ölkəyə çevrildi. Belə bir hal Azərbaycanda demokratik proseslərin müvəffəqiyyətlə həyata keçirilməsi və böyük dövlətlərin Azərbaycana inamının artması nəticəsidə yaranmışdır. Mövcud olan bütün neft kontraktları Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin, ölkədə və regionda sülhün və sabitliyin qorunmasına yönəlmişlər.

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.