EN   RU
 

 

Azərbaycan Tarixi Muzeyi
Məmməd Səid Ordubadinin Xatirə Muzeyi
Nizami ad. Dövlət Azərbaycan Ədəbiyyatı Muzeyi
Lətif Kərimov ad. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi
Səməd Vurğunun ev-muzeyi
R.Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyi
Nəriman Nərimanovun Xatirə Muzeyi
Cəlil Məmmədquluzadənin ev-muzeyi
Hüseyn Cavidin ev-muzeyi
Cəfər Cabbarlının ev-muzeyi

 

 

 

 

Azərbaycan Tarixi Muzeyi

Музей истории Азербайджана Azərbaycan Tarixi Muzeyi - 1920 ildə Bakıda yaradılmışdır. Səkkiz şö"bəsi, iki laboratoriyası, on bir fondu, elmi arxivi və kitabxanası var. Muzeyin ekspozisiyası 35 zalda yerləşdirilmişdir. Burada Azərbaycanın ən qədim zamanlardan müasir dövrədək tarixi və mədəniyyəti əks etdirilir. Muzeydə Azərbaycanın tarixi və maddi - mədəniyyət abidələri toplanır, öyrənilir, nümayiş və nəşr etdirilir, həmçinin eksponatlarin bərpası, konservasiyası üzrə elmi iş aparılır. Azərbaycan Tarixi Muzeyinin aspiranturası var. Muzey resp. ərazisində aparılan arxeologi qazıntılarda yaxından iştirak etmiş, Azərb. tarixinə aid abidələr üzə çıxarmışdır. 1967 ildən muzey Azərbaycanın Xəzər dənizi sahillərini öyrənən sualtı arheologi ekspedisiyalar təşkil edir. Muzeyin elmi fondlarında təqr. 300 min eksponat toplanmışdır. Azərbaycan Tarixi Muzeyinin təqr. 85 min eksponatdan ibarət kolleksiyaları olan numizmatika kabineti Azərbaycanda tapılmış numizmatika nümunələrini toplayan, qoruyan və elmi şəkildə öyrənən əsas mərkəzdir. Muzeyin zəngin şərq pulları kolleksiyası var. Muzey elmi "Əsərlər", monoqrafiyalar, albom - kataloqlar, ekspozisiyalar üzrə bələdçilər, bukletlər və s. nəşr etdirir.

 

370005, Zeynalabdin Taqiyev küçəsi,
tel: 493-36-48, 493-74-48
 

 

 

 

 

 

 

Məmməd Səid Ordubadinin Xatirə Muzeyi

Мемориальный музей М.С.Ордубади Bu muzey, başqa muzeylər kimi Azərbaycan hökümətinin 1976-cı il tarixli "Dahi ədəbiyyat və incəsənət xadimlərinin adlarına xatirə muzeyləri yaradılması” qərarına əsasən 1979-cu ildə təşkil olunmuşdir. Ədib 1937-1950-ci illərdə məhz indi Bakıda ev-muzeyu təşkil edilmiş mənzildə yaşamışdır. M.S.Ordubadi 1872-ci ildə Ordubad şəhərində anadan olmuşdur. İlk təhsilini atasından almış, sonra 4 il M.T.Sidqinin məktəbində oxumuşdur. O, 14 yaşında ikən atasını itirir. Sonra ipək fabrikində işləməyə başlayır. O, 15 yaşından ədəbi fəaliyyətə başlamış və 1903-cü ildən dərc olunmağa başlamışdır.
Ekspozisiya otaqlarında Ordubadinin şəxsi və ev əşyaları, ümumiyyətlə çoxlu miqdarda tarixi eksponatlar var. bu otaqlarda öz dahi əsərlətini yaratmışdır.
Bu otaqlarda Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Bülbül və s. kimi dahilər Ordubadinin qonağı olmuşlar. O, məhz bu otaqlarda öz dahi əsərlərini yaratmışdır.
Hal-hazırda muzeyin əməkdaşları Ordubadinin zəngin yaradıcılığını təbliğ edərək, müntəzəm olaraq müxtəlif görüşlər təşkil edirlər.
İzahatlar azərbaycan və rus dillərində aparılır.

 

Xaqani küç., 69
Tel.: 498-50-85
İstirahət günü: bazar günü

 

 

 

 

Nizami ad. Dövlət Azərbaycan Ədəbiyyatı Muzeyi

музей азербайджанской литературы им.Низами Azərbaycan Ədəbiyyatı Muzeyi - 1945 ildə Nizaminin həyat və yaradıcılığını əks etdirən muzey kimi Bakıda tə"sis olunmuşdur. Muzeydə ən qədim zamanlardan müasir dövrədək Azərb. ədəbiyyatının inkişaf yolu əks etdirilir. 23 zaldan ibarət olan muzeyin ekspozisiyasında 4 mindən çox əlyazması, nadir kitab, yazıçıların xatirə əşyaları, portret, heykəl, illüstrasiya, miniatür, bədii işləmə və s. eksponatlar nümayiş etdirilir.
Nizaminin "İsgəndərnamə" poemasının 1413 ildə, Füzulinin "Bəngü - Badə" əsirinin 1569 ildə köçürülmüş əlyazma nüsxələri, M.F.Axundovun "A.S.Puşkinin ölümünə Şərq poemasının avtoqrafı və s. ən qiymətli eksponatlardandır. Muzeyin qədim və orta əsrlər Azərb. ədəbiyyatı, 19-20 əsrlər Azərb. ədəbiyyatı, bədii tərtibat, elmi-kütləvi şö"bələri var. Elmi fondlar şö"bəsində 70 minə yaxın qiymətli əşya qorunub saxlanılır.

 

370001, İstiqlaliyyət küçəsi, 53
Tel: 492-18-64, 492-74-03
İstirahət günü: bazar günü 
 

 

 

 

 

Lətif Kərimov ad. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi

Азербайджанский Государственный музей ковра Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi - dünyada ilk xalça muzeylərindən biri. 1967 ildə yaradılmış, 1972 ildə açılışı olmuşdur. Xalça Muzeyinin fondunda 10 mindən artıq incəsənət əsəri saxlanılır (1986). Bunlar Azərbaycan müxtəlif yerlərində (Qarabağ, Quba, Şirvan, Gəncə, Qaxaz, Təbriz və s.) el sənətkarları tərəfindən toxunulmuş ornamental, xovlu (xalça, xalı, dəst xalı, gəbə) və xovsuz (palaz, kilim, şəddə, vərni, zili, cecim, sumax və s.) xalça nümunələri, eləcə də müxtəlif xalça mə"mulatından (çul, məfrəş, heybə, xurcun, yəhər qaşlığı və s. ibarətdir. Muzeyin ekspozisiyasında qədim dövrlərə aid qara keramika və tünc əşyalar, 19 əsrdə hazırlanmış bədii tikmə, parça, şüşə, metal, ağac və zərgərlik mə"mulatları, silah və digər eksponatlar nümayiş etdirilir.

 

370000, Bakı şəh.,
Neftçilər prospekti, 123 a
Tel./faks: 493-66-85/93-05-01
İstirahət günü: bazar ertəsi
E-mail: carpetmuseum@azeurotel.com
 

 

 

 

 

 

Səməd Vurğunun ev-muzeyi

Самед Вургун Azərbaycanın ilk xalq şairi, iki dəfə Dövlət mükafatı laureatı Səməd Vurğunun ev-muzeyi - respublikanın ilk memorial muzeyidir. Azərbaycan hökumətinin qərarı ilə 1974-cü ildə yaradılan muzey 6 oktyabr 1975-ci ildə açılmışdır. Ümumi sahəsi 200 kv.m. olan muzey şairin Bakıda yaşadığı binanın 3-cü mərtəbəsində yerləşir. Muzey eksponatlarının sayı 16000-dən çoxdur.
Muzeyin üç otağı memorial xarakter daşıyır. Bu otaqların interyeri şairin sağlığı zamanında olduğu kimi qalmışdır. Muzey eksponatlarının vasitəsilə şairin həyat və yaradıcılığı ətraflı əks etdirilir. Ümumiyyətlə muzey ekspozisiyaları S.Vurğunun surətini yaradır, onun həyat yolunu addım-baadım izləyir və gələcək nəsillərə mənəvi vəsiyyətinin maddi ifadəsinə çevirir.
Qeyd etmək lazımdır ki, şairin anadan olduğu Qazax rayonunun Yuxarı Salaxlı kəndin də onun xatirə ev-muzeyi fəaliyyət göstərir.
İldə iki dəfə , 21 mart və 27 mayda şairin Bakıdakı ev-muzeyində "Xatirə günləri" keçirilir.
İzahatlar azərbaycan və rus dillərində aparılır.

 

 

370004, Bakı şəh.,
Tərlan Əliyarbəyov küçəsi, 4.
Tel.: 493-56-52
İstirahət günü: bazar günü
 

 

 

 

 

 

R.Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyi

Азербайджанский музей искусств Azərbaycan Dövlət İncəsənət Muzeyi - respublikanın ən böyük incəsənət muzeyi. Bakıdadır. 1936 ildə Azərbaycan Dövlət Muzeyinin (1920 ildə təşkil edilmişdi) incəsənət şö"bəsi əsasında yaradılmış, 1937 ildə açılışı olmuşdur. 1943 ildə muzeyə R.Mustafayevin adı verilmişdir. Muzeyin fondunda 12000-ə yaxın incəsənət əsəri saxlanılır (1976). Ekspozisiyada azərb., rus sənətkarlarının həmçinin Qərbi Avropa və Şərq ölkələrinin boyakarlıq, qrafika, heykəltəraşlıq və dekorativ - tətbiqi sənət əsərləri müxtəlif dövrlərə aid xalq yaradıcılığı nümunələri nümayiş etdirilir. Muzeydə Azərb. realist təsviri sənətinin baniləri M.Nəvvab, B.Kəngərli və Ə.Əzimzadənin, həmçinin Azərb. rəssamları və heykəltəraşlarından M.Abdullayev, S.Bəhlulzadə, M.Rəhmanzadə, T.Salahov, V.Səmədova, F.Əbdürrəhmanov, P.Sabsay, C.Qaryağdı, T.Məmmədov, Ö.Eldarov və başqalarının boyakarlıq, heykəltəraşlıq və qrafika əsərləri saxlanılır. Muzeyin Azərb. incəsənəti şö"bəsi zərgərlik, xalçaçılıq və keramika mə"mulatları, halq tikmələri, milli geyimlər, musiqi alətləri, silahlar, qədim və müasir dekorativ - tətbiqi sənət nümunələri, arxeologi qazıntı zamanı Azərb. ərazisindən tapılmış qəbirüstü daşlar, həndəsi naxışlı sənduqələrlə, rus incəsənəti şö"bəsi İran, Yaponiya, Türkiyə, Hindistan, Çin və s. ölkələrin miniatür və dekorativ-tətbiqi sənət nümunələri ilə, Qərbi Avropa incəsənəti şö"bəsi italyan, holland, flamand, fransız və s. rəssamlıq məktəblərinə mənsub sənətkarların əsərləri ilə təmsil olunur. Muzey həmçinin mədəni - maarif işləri aparır, sərgilər, mühazirə və müzakirələr təşkil edir, kataloq, buklet, albomlar nəşr etdirir, diafilmlər göstərir.

 

370001, Niyazi küçəsi, 9/11
tel: 492-57-89, 492-51-17

 

 

 

 

 

 


Nəriman Nərimanovun Xatirə Muzeyi

Мемориальный музей Наримана Нариманова Azərbaycan xalgının görkəmli ictimai-siyasi xadimi, dramaturqu, publisisti, həkimi N.Nərimanovun xatirə muzeyi onun 1913-1918-ci illərdə Bakıda yaşadığı mənzildə 1977-ci ildə açilmışdır.
Muzeyin ekspozisiyası 96 kv.m. 4 otaqdan ibarətdir: yemək, qonaq, yataq otaqları və həkim kabineti. Muzeyin fondunda 5000-dən yuxarı eksponatlar, sənəd və materialların əsli, Nərimanovlar ailəsinin şəkilləri və s. qorunub saxlanılır. Bu ekspozisiyalar N.Nərimanovun gənclik illərini, borcalının Qızıl Hacılı kəndində müəllimlik illərini, 1891-ci ildə Bakıya gəldikdən sonra ictimai-siyasi fəaliyyətini, ədəbi yaradıcılığını əks etdirir.
ADR-in yaradılmasında və Azərbaycanda Sovet Hakimiyyətinin qurulmasında N.Nərimanovun bir dövlət xadimi və diplomat kimi fəaliyyəti onun həyatında vacib dövriərdən biridir.
Muzeydə müntəzəm olaraq Nəriman Nərimanovun xatirəsinə həsr olunmuş görüşlər keçirilir.
İzahatlar azərbaycan və rus dillərində aparılır

 

 

370001, Bakı şəh.,
Istiqlaliyyət küçəsi, 35
Tel.: 492-05-15
İstirahət günü: bazar günü
 

 

 

 

Cəlil Məmmədquluzadənin ev-muzeyi

Джалил Мамедкулизаде Azəbaycan xalqının görkəmli oğlu, yazıçı, dramaturq, xalq müəllimi, ictimai xadim C.Məmmədquluzadənin ev-muzeyi onun 1922-1932-ci illərdə Bakıda yaşadığı mənzildə Azərbaycan hökumətinin müvafıq qərarı ilə 1978-ci ildə yaradılmışdır.
Muzeyin ümumi sahəsi 185 kv.m-dir və beş zaldan ibarətdir. Bu otaqlarda C.Məmmədquluzadənin həyat və yaradıcılığını əks etdirən qiymətli və tarixi eksponatlar yerləşdirilir.
C.Məmmədquluzadə Şərqdə ilk satirik “Molla Nasrəddin” jurnalının yaradıcısı və 25 il redaktoru olmuşdur. Muzey fəaliyyətə başladığı ildən (1978-ci il) muzey fondunda ədibin və digər Mollanəsrəddinçilərin həyat və yaradıcılığını əks etdirən 4 minə yaxın material toplanmışdır.
Hər il muzeyın eksponatlarına minlərlə tamaşaçı baxır. Burada C.Məmmədquluzadənin xatirəsinə həsr olunmuş ədəbi gecələr, xatirə günləri, disputlar, səyyar sərgilər təşkil olunur.
Izahatlar azərbaycan və rus dillərində aparılır.

 

 

Süleyman Tağızadə küç. 56
Tel.: 492-24-09
İstirahət günü: bazar ertəsi

 

 

 

 

 

Hüseyn Cavidin ev-muzeyi


Гусейн  ДжавидGörkəmli şair-filosof, dramaturq H.Cavidin ev-muzeyi Azərbaycan 1981-ci il 604 saylı qərarı ilə onun anadan olmasının 100 illiyi münasibətilə yaradılmışdır. Muzey əvvəlcə əlyazmalar institutunun binasında, sonralar isə şairin 1920-1937-ci illərdə yaşadığı binada yerləşdirilmişdir. Muzeyin yerləşdiyi bina tanınmış milyonçu H.Z.Tağıyev tərəfindən tikilmiş və burada müsəlman qadın məktəbi təşkil olunmuşdur. Məktəb 1918-ci ilədək fəaliyyət göstərmişdir.
Muzeyin ümumi sahəsi 245 kv.m-dir və burada 4250 eksponat qorunub saxlanılır. Muzeyin foyesində H.Cavidin adını daşıyan planetin təsviri verilmişdir. Otaqların biri "Cavid faciəsi" adlanır. Burada hər şey şairin həyatında olduğu kimi qalmışdır: yazı masası, sürgündə olarkən qohumlarına yazdığı məktublar və s.
Muzeydə müntəzəm olaraq, xatirə görüşləri keçerilir.
Izahatlar azərbaycan və rus dillərində aparılır.

 

 

370001, Bakı şəh.,
Istiqlaliyyət, 8
Tel.: 492-06-57
İstirahət günü: bazar günü
 

 

 

 

Cəfər Cabbarlının ev-muzeyi

Дом-музей Джафара Джаббарлы Görkəmli dramaturg, teatrşünas, şair C.Cabbarlının ev-muzeyi ədibin 80 illik yubileyi ərəfəsində 1982-ci ildə açılmışdir. Muzeyin ümumi sahəsi 200 kv.m-dir və 7 otaqdan ibarətdir. Muzeydə 8 minə yaxın eksponat qorunub saxlanılır.
C.Cabbarlı 1899-cu ildə Xızı kəndində anadan olmuşdur və həmin kənddə də C.Cabbarlı muzeyi fəaliyyətdədir.
Bakının Yuxarı Dağlıq məhəlləsində yerləşən ev-muzeyində olan eksponatlar ədibin həyat və yaradıcılığını əks etdirir.
Hər il C.Cabbarlının anadan olduğu gün Azərbaycanın hər bir güşəsindən muzeyə yüzlərlə insanlar gəlir və xalqın dahi oğlunu yad edir.
Izahatlar azərbaycan və rus dillərində aparılır.

 

370006, Bakı şəh.,
İ.Qutqaşınlı küçəsi, 44
Tel.: 438-43-50
İstirahət günü: bazar günü
 

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.