Nəql.
vasitələri ilə yanaşı,
Bakıda rabitə sahələri
də yarandı. 1868 ildə Bakı-Tiflis,
1879 ildı Bakı-Krasnovodsk (dənizin
dibi ilə) teleqraf xətləri,
1886 ildə isə şəhərdə
ilk telefon xətti çəkildi.19 əsrin sonu - 20 əsrin əvvəlində Bakıda neft istehsalı daha da artdı. 1901 ildə Bakı dünyada istehsal daha da artdı. 1901 ildə Bakı dünyada istehsal olunan neftin yarıdan çoxunu (667,1 mln. pud) verirdi. Bakıda onlarca neft e"malı zavodu var idi. Başqa sənaye sahələri, ticarət də inkişaf edirdi, maşınqayırma, metaləritmə, gəmi tə"miri zavodları, buxar qazanı və s. istehsal edən zavodlar, gəmi tərsanələri, 2 minə qədər fəhləsi olan toxuculuq fabriki, sement, pivə və spirt zavodları, elektrik st.-ları, buxar dəyirmanları işləyirdi. Bakıda poliqrafiya işi də inkişaf edirdi.
28 may Azərbaycan xalqının böyük bayramıdır. 1918-ci ilin həmin günündə Azərbaycan Respublika e"lan olunmuşdur. Bu respublikanın banilərindən biri Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan Demokratik Respublikası sür "ətlə inkişaf edirdi.
1918-ci il 15 sentyabr - Bakı şəhəri Anadolu və azərbaycan türklərindən ibarət Qafqaz - İslam ordusu tərəfindən ermənilərdən azad olunmuşdur. Bakı Azərbaycanın paytaxtı e"lan edilmişdir.
1919-cu il 15 noyabr - Bakı Dövlət Unibersiteti yaradılmışdır.
1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdilər. 11920-ci ilin aprelin 28-də Bakıda Sovet Həkimiyyəti qurulmuşdur. 1922-ci ilin dekabırın 31-də Azərbaycan SSSR-in tərkibinə daxil olmuşdur.
Sovet dövründə Bakı inkişaf etməkdə davam edirdi.
1920-1921-ci tədris ilində Bakıda ilk ali məktəblər – Azərbaycan Pedaqoji İnstitutu, Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradıldı.
1923-cü ilin iyunun 5-də Respublika kütləvi M.F.Axundov adına kitabxanasının rəsmi açılışı zamanı, onun fondlarında artıq 20 minə qədər kitab vardı.
Bakı şəhərində 1923-cü ildə elektrik tramvay xətti çəkilməyi başlayır və bu 1924-cü il fevralın əvvəlində istismara verilir.
1926-cı ildə Sovet İttifaqında ilk elektrik dəmir yolu - Bakı – Sabunçu elektrik dəmir yolu işə salınmışdır.
1940 – 1945 illərdə iqtisadiyyatını cəbhə yoluna keçirilməsi məqsədi ilə Respublikada böyük işlər görülürdü. Yüngül və yeyinti sənaeləri cəbhə üçün işləməyə başladı. Kiçik bir vaxtda Bakı döyüşən ordunun ən mühüm arsenala çevrildi. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yarandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox 23,5 millyon ton istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71.4%-ni təşkil edirdi. Ümumiyyətlə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti əsas amiliərdən biri oldu.
1945-ci il yanvar - Azərbaycan Respublikası Elmlər Akademiyası yaradılmışdır.
1988-ci il 17 noyabr - Azərbaycanda Milli Azadlıq hərəkati başlanmışdır.
1990-cı il 20 yanvar Bakıda Sovet Ordusu dinc əhaliyə qarşı qanlı qırğın törətmişdir. Dağüstü parkda Şəhidlər xiyabanı yerləşir. Burada azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın qəbirləri var. Şəhidlər xiyabanı bütün azərbaycan xalqının ziyarətgahıdır.
18 oktyabr 1991-ci ildə Azərbaycan Suveren Respublika e"lan edildi.
1995-ci il 12 noyabr - Azərbaycan Respublikanın Konstitusiyası qəbul edilmişdir. 2001-ci ildə noyabrin 9-10-da Bakıda bütün dünya azərbaycanlılarının milli həmrəylik günü qeyd olunmuşdur.
Bakı Sovet dövründə olduğu kimi indiki müstəqillik dövründə də Azərbaycanın paytaxtıdır.