Bakı
şəhərinin dəqiq yaradılma tarixi bilinmir.
3-1 ci minilliklər - Abşeron j-a-nda tapılmış
arxeoloji materiallar buranın qədim yaşajış
məskəni olduğunu sübut edir.
1191-ci il - şirvanşah 1 Axsitan müvəqqəti
olaraq paytaxtı Bakıya köçürmüşdü.
1232-35 illər - Bakını dəniz tərəfdən qorumaq
məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş
qala tikildi.
13 əsrin 30-сu illərində - monqollar Bakıya
hucum edib, uzunmüddətli məhasirədən sonra
şəhəri aldilar.
14 əsrin 2-ci yarısında - Bakının iqtisadi
və siyasi rolunun artmasi ilə əlaqədar olaraq
Xəzər dənizi bəzən Bakı dənizi də adlanırdı.
1417-62 illərdə - Şirvanşah 1 Xəlilüllahın
dövrü.
15 əsrin 2-ci yarısında - Böyük Moskva knyazlığı
ilə ticarət daha da genişləndi və diplomatik
əlaqələr yaradıldı.
1501-ci il - Şah İsmayıl Şirvana hücum edərək
Bakını aldı.
1723-cü il 26 iyun - 1 Pyotrun qoşunu Bakıya
daxil oldu.
1735-ci il - Rusiya və İran arasında bağlanan
Gəncə məqaviləsinə görə Bakı İranın hakimiyyəti
altina keçdi.
18 əsrin ortalarında - Bakı xanlığı yarandı.
1796-cı ilin yazında - 2 Yekaterinanın əmri
ilə gen. V.A.Zubovun komandanlıq etdiyi
rus qoşunları Azərb.-a yürüş etdi.
1797-ci ilin martında - Çar qoşunları Bakını
tərk etdi.
1805-ci il 12 avqust - Çar qoşunu Bakını
mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq
geri çəkildi.
1806-ci il 6 oktyabr - Bakı Rusiyaya birləşdirildi.
1813-cü il - Bağlanmış Gülüstan sülhü ilə
Şimali Azərb., o gümlədən Bakının Rusiyaya
birləşdirilməsi təsdiq edildi.
1823-ci il –Dünyada ilk dəfə
olaraq «qara nefti ağ neftə (kerasinə)
çevirən» zavod qurmuşdular.
1847-ci il - Bakının Bibiheybət
sahəsində mexaniki üsulla
ilk neft quyusu qazılmasina təşəbbüs
göstərildi.
1848-ci il – Azərbaycanda ilk orta
təhsil müəssisəsi Şamaxıda
açılan və sonra Bakıya
köçürülən müqəddəs
Nina qadın təhsili məktəbi
olmuşdur.
1848-ci il – rus mühəndisi Semyonov
Abşeronda dünyada birinci olaraq
neft buruğu (ABŞ-dan 11 il əvvəl)
qazdı.
1859-ci il – Şamaxı şəhəri
1859-cu il mayın 29-30-da güclü
zəlzələ nəticəsində
dağıldıqdan sonra Bakı
quberniyanın mərkəzinə
çevrilir.
1859-ci il – Suraxanıda ilk ağ
neft zavodu yaradıldı.
1860-ci il – Bakıda «Qafqaz və
Merkuri» gəmiçilik cəmiyyəti
yaradıldı.
1868-ci il – Bakı – Tiflis teleqraf
xətti açılır.
1883 il 8 may - Bakı-Tiflis dəmir
yolu işə salındı.
1899-ci il - Bakıda ilk konka işləməyə
başladı.
19 əsrin 40-cı illərində
- Xəzərdə buxar gəmiləri
işləyirdi.
1868 il - Bakı-Tiflis teleqraf xətti
çəkildi.
1879 il - Bakı-Krasnovodsk (dənizin
dibi ilə) teleqraf xətti çəkildi.
1886 il - Bakıda ilk telefon xətti
çəkildi.
1886-ci ilin 2-ci yarısında Bakı
birjası yaradılmışdır.
1901-ci il - H.Z.Tağıyev Bakıda
qız məktəbi açdırmışdır.
1905-ci il 6-9 fevral – ermənilərin
Bakıda azərbaycanlıların
soyqırımını törətmələri.
1918-ci il 31 mart – 2 aprel azərbaycanlılara
qarşı Bakıda erməni
soyqırımı törədilmişdir.
1918-ci ilin 28 may - Azərbaycan Respublika
e"lan olunmuşdur.
1918-ci il - Bakı Azərbaycanın
paytaxtı e"lan edilmişdir.
1918-ci il 26 iyun - Azərbaycan Demokratik
Respublika hökümətinin qərarı
ilə ilk müntəzəm hərbi
hissə - əlahiddə korpus yarandı.
1919-cu il 15 noyabr - Bakı Dövlət
Unibersiteti yaradılmışdır.
27 aprel 1920-ci il – Xİ Qırmızı
Ordunun Bakını işğal
etməsi.
1920-ci il 28 aprel - Azərbaycan Demokratik
Cümhüriyyəti süqut etmiş
və Bakıda Azərbaycan Sovet
Sosialist Respublikasının yaradılması
elan olunmuşdur.
1920-ci il – M.Əzizbəyov adına
Neft və Kimya İnstitutu açılmışdır.
1920-ci il 1-7 sentyabr – Bakıda Şərq
xalqlarının İ qurultayı
keçirilmişdir.
1920-1921-ci illərdə Bakıda
ilk ali məktəblər – Azərbaycan
Pedaqoji İnstitutu, Azərbaycan
Politexnik İnstitutu, Azərbaycan
Kənd Təsərrüfatı
İnstitutu yaradıldı.
1921-ci il – Bakı Rəssamlıq
məktəbi açılmışdır.
1922-ci il 31 dekabır - Azərbaycan
SSSR-in tərkibinə daxil olmuşdur.
1923-cü il 5 iyun - Respublika kütləvi
M.F.Axundov adına kitabxanası
rəsmi yaradıldı.
1924-cü ildə fevralın əvvəlində
Bakıda elektrik tramvay istismara verilir.
1926-cı ildə Sovet İttifaqında
ilk elektrik dəmir yolu - Bakı
– Sabunçu elektrik dəmir yolu
işə salınmışdır.
1926 –ci il Bakıda İ Ümumdünya
Türkoloji qurultayı çağrılmışdır.
1929 – ci il – latin qrafikasına keçidin
başa çatması.
1932-ci il – SSRİ Elmlər Akademiyası
Azərbaycan şöbəsinin
açılması.
1935 il – SSRİ Elmlər Akademiyasının
Azərbaycan filialı fəaliyyətə
başlamışdır.
1939-cu il – Bakı şəhərində
qaz zavodu işləməyə
başlandı.
1939-cu il – Azərbaycan SSR-də
latin qrafikasından kiril qrafikasına
keçilmişdir.
1941-ci ildə - Azərbaycanın
tarixində ən çox 23,5 millyon
ton istehsal olundu, bu da SSRİ-də
istehsal olunan neftin 71.4%-ni təşkil
edirdi.
1942-ci il – Bakıda 130 növ müxtəlif
silah istehsal olunmuşdur.
1945-ci il yanvarda - Azərbaycan Respublikası
Elmlər Akademiyası yaradılmışdır.
1948 il – Xəzər dənizində
dünyada ilk olaraq neft-mədən
estakadasının qurulması.
1949-ci il – Neft Daşları salınmışdır.
1951-ci il – Bakı şəhərində
stadion yaradılmışdır.
1956-ci – il Azərbaycan televiziyasının
fəaliyyətə başlaması.
1958-ci il – Bakı – Sumqayıt və
Bakı – Qaradağ elektrik dəmir
yolları istifadəyə verilmişdilər.
1960-cı il – Bakıda funikulor
işləməyə başlandı.
1962-ci il – Bakı – Krasnovodsk gəmi
– bərə yolunun istifadəyə
verilməsi.
1967-ci il – Bakı metropolitenin 6
stansiyasının işə salınması.
1983-ci il –Bakı – Qroznı neft
kəmərinin istifadəyə
verilməsi.
1988-ci il 17 noyabır - Azərbaycanda
Milli Azadlıq hərəkati başlanmışdır.
1988-ci il 19 fevral – Bakıda –Dağlıq
Qarabağ məsələsi ilə
bağlı ilk etiraz mitinqinin keçirilməsi.
1990-cı il yanvarın 20-də - Bakıda Sovet Ordusu dinc əhaliyə qarşı qanlı qırğın törətmişdir.
1990-ci il 28 may – Azərbaycan dövlət müstəqilliyinin bərpası günüdür.
1991-ci il 18 oktyabr - Azərbaycan Suveren Respublika e"lan edildi.
1991-ci il 25 dekabr – Əlifbamızda latin qrafikası tətbiq olunmuşdur.
1991-ci il 9 oktyabr – Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.
1991-ci il 18 oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur. Hər il bayram kimi qeyd olunur.
1991-ci il 3 dekabr – keçirilmiş referendum əsasında yeni müstəqil dövlət yaradılmışdır – Azərbaycan Respublikası.
1994-cü il 20 sentyabr – Əsrin Neft Kontraktı bağlanmışdır.
1995-ci il 12 noyabr - Azərbaycan Respublikanın Konstitusiyası qəbul edilmişdir.
İyul 1996-ci il – Bakıda yeni televiziya qülləsinin istifadəyə verilməsi.
1997-ci il 25 oktyabr – Azərbaycan neftin şimal marşrutu – Bakı – Novorossiysk neft kəməri ilə nəql edilməsinə başlanması.
1998-ci il 19 may – «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir.
1998-ci il 8 sentyabr – Bakıda tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirilməsi.
1998-ci il 29 dekabr – Bakı şəhərindəki dənizkənarı bulvara milli park statusu verilməsi.
Aprel 1999-ci il – Bakı – Supsa neft kəmərinin işə salınması.
1999-ci il 30 sentyabr – Bakıda Binə beynəlxalq aerovağzalının yeni kompleksinin açılması.
2001-ci ildə noyabrin 9-10-da - Bakıda bütün dünya azərbaycanlılarının milli həmrəylik günü qeyd olunmuşdur.
2001-ci il 25 yanvar – Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzvü qəbul edilmişdir.
2002-ci il 18 sentyabr – Bakı – Tiflis – Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulmuşdur.
2002-ci il 30 sentyabr – “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qəbul edilmişdir.
2003-cü il 27 yanvar – Milli Məclisin AŞPA-dakı daimi nümayəndə hey”ətinin başçısı İlham Əliyev Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və büro üzvü seçilmişdir.