EN   RU
 

Azərbaycan Respublikasının Elmlər Akademiyasının Nəbatat bağı 1935-ci ildə salınmışdır. Bağ şəhərin dağüstü hissəsində, Lökbatan şosesinin kənarında 16 hektarlıq bir sahəni əhatə edir.
Bağın örtülü və açıq sahələrində 25 mindən artıq müxtəlif ağac və bitki əkilmişdir. Ümumiyyətlə bağda 1000 növə yaxın bitki örtülü yerlərdə, 1200 növə yaxın bitki isə açıq yerlərdə saxlanılır.
Bağda meşə-park, çiçəklər və sitrus bitkiləri üçün ayrılmış sahə, oranjereya və s. vardır. Burada həmişəyaşıl ağac və bitkilərin (sərv, şam, ardıc, zeytun, tuya, dəfnə və s.), yarpaqtökək bitkilərin (maklyura, qurd qulağı və s.) zəngin kolleksiyası vardır.
Bağın çiçəklər üçün ayrılmış sahəsində müxtəlif gül – zanbaq, nərgiz, qərənfil və s. üzərində tədqiqat işiləri aparılır. Respublikamızı, xüsusən Bakını daha qəşəng bəzək bitkiləri ilə yaşıllaşdırmaq məqsədilə Nəbatat bağında 30-dan artıq müxtəlif növ qızılgüllər becərilir.
Nəbatat bağında tropik və subtropik bitkilərdən ibarət zəngin kolleksiya yaradılmışdır. Tropik ölkələrdə bitən ağaclar Nəbatat bağına hüsusi gözəllik verir. Yarpaqlarının uzunluğu 3-3.5 metr, eni 75 santimetrdən 1 metrə qədər olan banan bitkisi burada yaxşı inkişaf edir. Burada xaricdən gətirilmiş feyxoa, qəhvə, tropik üzümü, müxtəlif palmalar və sitruslar özlərinin ikinci vətənini tapmışlar. Bağda bütün il boyu ətirli gül verən kollar yetişdirilir.
Nəbatat bağının elmi işçiləri respublikamızda heyvandarlığı bol emlə tə1min etmək üçün burada bir çox yem bitkilərini sınaqdan keçirirlər.
Bakı Nəbatat bağı maraqlı tənəzzöh yerlərindən biridir. Buraya tez-tez Bakı və onun rayonlarının məktəbliləri, tələbələr, gənc təbiyətçilər və həvaskarlar gəlirlər.

Ynvan: Bakı, Badamdart şossesi – 40
Telefon: 438-11-72
Giriş: 2000 manat

 

Bakı nəbatat bağının fotoqalereyası

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.