Bakıya iki
tipli hava kütlələri daxil olur: tropik
hava kütlələri və orta Asiya kütlələri.
Tropik hava kütlələri respublikamızın ərazisinə
cənubdan, əsasən yayda daxil olur. İsti
və quru hava şəraitinin yaranmasına səbəb
olur. İlin soyuq dövründə temperaturu yüksəldir.
Orta Asiya hava kütlələri (Asiya maksimumu)
Xəzər dənizindən keçərək Azərbaycan ərazisinə
daxil olur. Bununla əlaqədar ilin isti dövründə
havanın temperaturu artır, soyuq dövrlərdə
isə azalır. Əsasən, sərq və cənub-şərq küləkləri
üstünlüktəşkil edir, yağıntılar ancaq qışda
düşür.
Abşeron yarımadasında və dəniz sahillərində
hakim külək xalq arasında “xəzri” adlanan
şimal, şimal qərb və şimal-şərq küləyidir.
Onun sür`əti bə`zən 35-40 m/san-yə çatır
ki, bu da xalq təsərrüfatına ciddi zərər
vurur. İsti yay günlərində əsən xəzri küləyi
havanın temperaturunu aşağı salır, sərinlik
gətirir.
Respublikamızın ərazisinə cənub-şərqdən
və cənubdan daxil olan “gilavar” qış ayların-da
havanın mülayimləşməsinə, yayda isə istiliyin
daha da artmasına səbəb olur.Xəzri və gilavar
küləkləri Bakı şəhərinin çirkli havasının
təmizlənməsində mühüm rol oynayır.
Xəzər dənizinin sahillərində sahil küləkləri
(gecə və gündüz brizləri) əmələ gəlir.