Azərbaycan
ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının
qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır.
İglim əmələ gətirən amillərə günəş radiasiyası
və atmosfer sirkulyasiyası daxildir. Bunlarla
bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri,
dəniz və okean cərəyanları və s. amillər
də iglim əmələgəlməsinə böyük tə`sir göstərir.
Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin
– temperatur, rütübət, külək və s. paylanmasını
müəyyən edir.
Respublikamızın yerləşdiyi coğrafi enlik,
günəş radiasiyası, mürəkkəb relyef quruluşu,
müxtəlif mənşəli hava kütlələrinin yaranmasında
böyük rol oynayır.
Azərbaycan ərazisi subtropik zonada yerləşdiyindən
bol işığ və istilik enerjisi alır. Abşeron
yarımadasında günəşli saatların miqdarı
2200-2400 saat/il təşkil edir.
Havanın temperaturu iglimin əsas ünsürlərdən
biridir. Bakıda orta illik temperatur 14.2
°С.
Ən az yağıntı Abşeron yarımadasının cənubunda
(ildə 200 mm-dən az).
Abşeronda mümkün buxarlanmanın illik miqdarı
1000-1200 mm təşkil edir.
Abşeronda qışı mülayim, yayı quraq isti
keçən yarımsəhra və quru çöl iqlimi hakimdir.
Bu iqlim zəif nəmliyi, yayın isti keçməsi
ilə səçiyyələnir. Havanın temperaturu yay
aylarında 35-40 °С-yə çatır. Mütləq maksimum
temperatur 41-43 °С-dək yüksəlir. Burada
10 °С-dən yüksək olan orta sutkalıq temperaturların
cəmi il ərzində 4400-4700 °С-yə çatır.