EN   RU
 

Dəniz kənarında bulvar salmaq məsələsi Bələdiyyə idarəsində dəfələrlə müzakirə edilmişdisə də, əsl əməli işə yalnız 1909-cu ildə, iste”dadlı mühəndis Məhəmməd Həsən hacınskinin rəhbərliyi altında başlanır. Bələdiyyə idarəsi bulvar salmaq üçün 60 000 manat pul buraxmağı qərara alır. Bakı varları da xeyli kömək edir.
Bulvarın dəniz tərəfindən şəhər girəcəyi olduğunu nəzərə alaraq şəhər hakimiyyəti ən yaxşı layihəni secmək üçün müsabiqə e”lan etdi. Müsabiqədə 30 nəfərdən çox o vaxtlar tanınmış, adlı-sanlı me”mar və inşaatçı mühəndislər iştirak etdi. Müsabiqənin qalibi Q.M. Termikelov oldu.
İlk mərhələdə bulvar “Qafqaz - Merkuri” körpüsündən (Kukla teatrının binasından) Seyid Mirbabayevin (Azneft) binasınadək uzanacaqdı. Bu arada sahildə sınıq-sökük qayıqlar, köhnə yelkənli gəmilər vardi.
1910-cu ildə bulvarda əkilmiş ağaclar, kol-kos və çiçəklər göz oxşayırdı. Mühəndis N.Q. Babayevin layihəsinə görə bulvarda dəniz hamamı tikildi. Yaşıllıqla əhatə olunmuş bu bina nağıllardakı qəsrlərə bənzəyirdi. Bu tikili ilə bağlı “Kaspi” qazeti (N 136, 1914) yazırdı “Su üzərində Bakı dəniz hamamının gözəl binası ucaldı. Nissa şəhərindən başqa Avropada su üzərində ikinci belə gözəl və geniş tikinti yoxdu”.
Müharibədən sonra 40-ci illərin sonunda dəniz səviyyəsinin qalxması ilə əlaqədar bulvarda dəyişikliklər edildi və dəniz hamamı söküldü.
Inqilabdan əvvəl Bakıda ilk kinoteatr da bulvarda tikilmişdi. Sonralar burada iki yay və bir uşaq kinoteatrı, yaxt-klub, tennis meydançası tikildi. Bulvara qələn italyan turistləri Bakı bulvarının Neapol bulvarı ilə bənzərliyini vurğulayırdılar. Bəlkədə bu oxşarlıq eyni 40-ci en dairəsində yerləşən bu iki cənub şəhərini bir birinə yaxın etdi. Bakı bulvarında uşaqlar üçün istirahət qurşağı da təşkil olunmuşdu. Qəzinti katerində gediş ilə olan sağlamlıq qurşağı fəaliyyət göstərirdi.
Sovet hakimiyyəti vaxtında bulvarın sonunda Dəniz vokzalı varidi. Buradan Xəzərin o biri sahilinə gəmilər gedirdi.
O vaxtlar Sovetlər Dövlətinin bir çox şəhərlərində park və digər xalq qəzinti yerlərində paraşyut qüllələri qurulmuşdu. Bakı şəhər sovetinin təşəbbüsü ilə Bakı fəhləsi maşınqayırma zavodunda 70 metirlik paraşyut qülləsi düzəltildi. 28 aprel 1936-ci ildə bu qüllə Bakı Bulvarında quruldu. Qüllə xalqın ixtiyarına verilmişdi. Buradan həm də cavanlar hərbi hazırlıq dərslərində paraşyutdan tullanırdılar. Tullanmalar 20, 25 , 60 m da bilərdi. Qüllənin fəaliyyəti dövründə 1960-cı illərdə bir bədbəxt hadisə olmuşdu. Bu hadisədən sonra qüllə öz fəaliyyətini dayandırdı. Lakin qüllə sökülmədi onun üzərində saatı, havanın hərarətini, küləyin gücünü göstərən tablo quruldu.
50-ci illərin əvvəllərində Dənizkənarı bulvar Xəzər sahilinin 2,7 km utdu. O Paris Kommunası adına zavoddan təzə dəniz sərnişin vokzalına kimi idi.
1966-ci ildə M. Hüseynovun layihəsinə görə Dənizkənarı bulvarın Azadlıq meydanı hissəsində dənizə çıxan meydança yaradıldı. Meydança güllər və fəvvarələrlə bənzənildi. 1967-ci ildə M. Hüseynov tərəfindən bulvarın bərpası layihəsi hazırlandı. 1977-ci ildə Xəzər səviyyəsinin düşməsi ilə əlaqədar olaraq bulvarın ikinci aşağı terrasası yaradıldı və burada yaşıllıq və fəvvarələr yaradıldı.
90-ci illərdə Xəzərin səviyyəsində sürətlə artına olduğundan yaxt klub, qəzinti estakadalarını su basdı. Bərpa nəticəsində aşağı terrasa qaldırıldı. 1998-ci ildə rspublika prezidentinin sərəncamı ilə Dənizkənarı bulvar Milli park statusunu aldı.
1999-cu ildə Bakı dövlət layihə institutunda Yeni Milli park layihəsi təklif olundu və Dənizkənarı parkın sahəsi Dəniz vokzalından Böyük Zirə adasına (keçmiş Narqin adası) kimi genişləndiriləcək. Dəniz vokzalın yanında üzmək üçün basseynlər, keqelban, uşaq meydançaları, atraksionlar, idman meydançalar yaradılacaq. Paraşyut qülləsini təzəliyib muasirləşdirmək nəzərdə tutulur. Qüllə artırılıb, sürətli liftlə təchir olunacaq.
Bulvarda həmçinin tennis kortları, “lunapark” attraksionu, muasir yaxt klub qurulacaq.
Piyadaların rahatlığı üçün Neftçilər prospektindəki avtomaqistral avtomobillərin gedişi üçün bağlanacaq, avtomobillər isə yraltı küçə ilə gedəcək. Milli parkda “Disneylend” qurulacaq. Həmçinin parkın sahəsi boyu restoran, kafeləri fəaliyyət göstərəcək.

Bakı bulvarın fotoqalereyası

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.