Sizin
nəzərinizə cəlb edilən sayt sizi mö`cüzəli
və gözəl şəhərlə tanış edir.
Şəhərim Bakı adı “küləklər şəhəri” mənasını
verir. Bakının gerbi dəniz dalğaları fonunda
üç mə`şəldən ibarətdir. Azərbaycan qədimdən
“odlar ölkəsi” adlanır və Bakı öz təbii
mə`şəllərilə Ölkənin özünəməxsus rəmzidir.
Bakı Azərbaycanın sənaye, mədəniyyət mərkəzi
olan qədim şəhərdir. Burada respublikanın
şəhər əhalisinin yarısından çoxu cəmləşdirilmişdir.
Şəhərin əhalisinin sayı 2003-cü il yanvarın
1-nə olan mə`lumata əsasən 1 mln 827,5 min
nəfərdir. Ancaq qaçqınları (93.4 min) və
məcburi köçgünləri (153.4 min) nəzərə alsaq,
Bakıda 2 mln 74,3 min əhali yaşayır. Şəhərin
ümumi sahəsi 192 min hektardır. Şəhərin
tarixi mərkəzi olan “Bakı Qalası” isə 21,5
hektara malikdir. Şəhərim sahəsi Abşeron
yarımadası boyu, təbii və sün`i adalara
(Neft daşları) da yayılmışdır. Bakı, Xəzər
dənizinin əhatə etdiyi Abşeron
yarımadasında yerləşir. Abşeron
yarımadası quru subtropik, isti günəşli
yay və qısa müddətli mülayim qış iqliminə
malikdir. Bakının orta illik temperaturu
yer kürrəsinin temperaturu ilə çox az fərqlə,
uyğundur (14,2 dərəcə). Aydın günlərin sayına
görə (264 gün) Abşeron Qafqazda birinci,
yağmurlu günlərin sayına (180-322 mm) görə
isə axırıncı yerdədir. Tez-tez güclü külək
“Xəzri” əsir. Xəzərdə çoxlu miqdarda xırda
adalar (Böyük Zirə, Daş Zirə, Xərə Zirə,
Zənbil, Səngi Muğan, Çikil, Qara Su, Çilov,
Pirallahı, İqnat Daşı və s.). Bakı
adalar qrupunu (arxipelaq) təşkil
edir.
Müasir Bakı – çox inkişaf etmiş və abadlaşdırılmış,
keçmişi və müasirliyi ayrılmaz surətdə uyğunlaşdıran
bir şəhərdir. Burada Avropa və Asiya, şərq
və qərb mədəniyyətləri qaynayıb qarışmışdır.
Buna misal olaraq, tarixi abidələrin müxtəlifliyini
göstərmək olar. Şəhərin
ən qədim hissəsində “İçəri
şəhər” də çox qədim və nadir tikililər
məcmusu mövcuddur. Burada tarixi-me`marlıq
muzey – qoruğu təşkil olunmuşdur, harada
ki, Şirvanşahlar
Sarayı (XV əsr) da yerləşir. Qalanın
sahəsində “Qız
qalası” (XII əsr) da yerləşir. Öz
me`marlıq xüsusiyyətlərinə görə “Qız qalası”
Şərqdə yeganə bir qaladır. Bakının 30 km-də
yerləşən atəşiərəstlər məbədi xüsusi maraq
doğurur. Qayalar üzərində, macaraların divarları
üzərində ibtidai insanlar tərəfindən qoyulmuş
təsvirlərlə Qobustan
(Bakının 60 km-də) qoruğunda tanış olmaq
olar.
Bakıda Siz Qərbi Avropa me”marlığına aid
XIX - XX əsrlərin çox nadir nümunələrilə
də tanış ola bilərsiniz.
Bakı - görkəmli mədəniyyət mərkəzidir. Müsəlman
Şərqində ilk dəfə olaraq, milli teatr və
milli opera vaxtilə məhz Bakıda yaradılmışdır.
İlk Azərbaycan qəzetləri nəşr olunmağa başladı,
ilk kitabxana – qiraətxana açıldı. Hal-hazırda
Bakıda çoxlu miqdarda muzeylər
fəaliyyət göstərir. Əyləncə sevənlər üçün
saysız - miqdarsız klublar, kinoteatrlar,
teatrlar,
restoranlar və s. mövcuddurlar.
Bakı – iri sənaye mərkəzidir. Burada qocaman
neft mədənləri, məşhur “Neft
daşları”, qüvvətli kran gəmiləri,
müasir üzən buruq qurğuları və s. mövcuddur.
Müasir Bakı – yalnız neft və neftkimya şəhəri
deyil. Bakı həmçinin maşınqayırma, elektrotexnika,
cihazqayırma və başqa sahələrdə elmi-texniki
tərəqqiyə malik olan şəhərdir.
Bizim qonaqcıl şəhərimizə xoş gəlmişsiniz!