Hazırda Azərbaycan Respublikasının sahəsi 86.6 min km kv-dir. Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır və 38°25' - 41°55'şimal enlikləri ilə 44°46' - 50°23'şərq uzunluqları arasında yerləşir. Azərbaycan Respublikası 5 ölkə ilə həmsərhəddir. Onun sərhədlərinin ümumi uzunluğu 3472 km-dir. Respublikamız şimalda Rusiya, şimal-qərbdə Gürcüstan, qərbdə Ermənistan, cənubda İran, cənub-qərbdə Türkiya və şərqdə Xəzər dənizi ilə həmsərhəddir.

 
Copyright © 2001-2007. All rights reserved.