Zərduştlük
bəşəriyyətin ən
qədim dinlərindən biridir.
Bu dinin banisi Zərdüşt və
ys Zaratuştradır. Onun fəlsəfəsi
iki əbədi başlanğıcın
– xeyir və şərin mübarizəsi
ideyasına əsaslanırdı.
Müqəddəs od fikir və
ruhi məqsədlərin təmizliyi
rəmzi idi. İşıq, Xeyir
və Ədaləti Hörmüz
(Ahurəmazda), Qaranlıq, Şər
və Zülmü isə Əhriman
(Anqra-Manyu) təcəssüm etdirirdi.
Dinə görə sonda Xeyir qalib
gələcək və Hörmüzün
fəal ardıcıllları o
biri dünyada xoşbəxt olacaq.
O biri dünyadakı xoşbəxtlik,
eləcə də günah və
xeyir əməl haqqında təsəvvürlər
onu göstərir ki, zərdüştlük
yetkin din idi. Bu din uzun müddət
Azərbaycanda hakim din olmuşdur.
Ona görə də atəşpərəstlərin
əsas məbədləri məhz
burda - Bakıda tikilmişdir. XİX
əsrin əvvəllərində
yaşamış fransız şərqşünası
M. J. San-Martenin qeyd etdiyi kimi “Çoxsaylı
neft mənbələri və təbii
od püskürən qazların
yer səthinə sərbəst
çıxışı sayəsində
ta qədimdən Bakı şəhəri
təkcə yerli əhali üçün
deyil, həm də farslar üçün
müqəddəs yer kimi sitayiş
obyekti olmuşdur. Bir çox yerlərdə
bu “əbədi” odlar səcdəgah
və od məbədlərinin böyük
qrupunu yaratmış atəşpərəstlər
tərəfindən qorunurdu. Bakı
şəhəri öz hakim və
rəiyyətləri tərəfindən
oda sitayiş yerinə çevrilmişdir.”
Qədim insanlar inanırdılar
ki, od çirkinlik və alçaqlığı
məhv edir, insanlara saflıq gətirir.
Bakının mərkəzindən
30 km aralıda, Abşeron yarımadasının
Suraxanı qəsəbəsinin
cənub-şərq kənarında
təbii qaz çıxan odlu sahənin
yerində atəşpərəstlərin
bütpərəst məbədi
– Atəşgah tikilmişdi ki,
tərcümədə od evi, od
yeri mənasını verir. Alimlər
belə hesab edirlər ki, onun əsasının
qoyulduğu tarixi eramızın
İİİ-İV əsrlərinə
aid etmək olar. Atəşgah öz
orijinallığı ilə insanı
valeh edir. Xüsusi qüllə
altındakı tağdan içəri
həyətə daxil olursan. Daş
plitələrlə döşənmiş
həyətin ortasında rotonda
şəkilli, hər tərəfi
açıq olan mərkəzi səcdəgahla
birlikdə məbəd – ibadətgah
yerləşir. Onun içərisində
sönməz məşəl yanır.
Məbədin qapalı beşbucaqlı
formasında karvansarayı xatırladan
bütün tikililəri pəncərəci
olmayan iyirmi altı hücrə
və bir otaqdan ibarətdir ki, onların
girişinin yuxarısında divara
hörülmüş iyirmi yazı
lövhə var. Onlardan biri fars,
qalanlar indus yazılarıdır.
Tikiliyə həmçinin ölənlərin
bədənini müqəddəs
odda yandırmaq üçün
nəzərdə tutulan, hal-hazırda
isə daşlarla dolmuş dördbucaqlı
çuxur da daxildir. İbadətgah
və yaşayış hücrələrində
zahidlərin bəsit əşyaları
yığılmışdır.
Bu məbəddə dua və oda
qurban vermə mərasimləri
keçirilirdi. Atəşpərəstlər
Xeyirin qələbəsinə mane
ola biləcək hər şeyi
müqəddəs odda yandırırdılar.
Insanlar dua edirdilər ki, od onları
düşmən və ruhlardan
qorusun. Od onların gözündə
bütün kainatda həyatın
təcəssümü idi. “Ocağın
sönsün!” – bu yerlərdə
ən pis qarğış idi.
Eramızın VIII əsrində
ərəblərin Odlar Yurduna gəlişindən
sonra burada islam yayılmağa başladı
və atəşpərəstlərin
məbədləri tənəzzülə
uğradı. Yalnız XVII-XVIII
əsrlərdə, oda sitayişin
qorunub-saxlandığı Hindistandan
Azərbaycana Böyük İpək
yolu ilə atəşpərəstlər
gələndən sonra atəşgah
dirçəldi: atəşpərəstlərin
fəaliyyət göstərən
məbədi kimi göstərilən
“Atəşgah” haqqında 1683-cü
ilə aid qeydlər var. 1855-ci ildə
sivilizasiyanın gəlişi ilə
əlaqədar burada ilk zavod tikildi.
Təbii odlar söndü. “Atəşgah”
188-cı ilə kimi fəaliyyət
göstərmiş, sonra isə
tərk edilmişdir: məbədə
nəzarət edən kahin Allahın
ondan üz çevirdiyini düşünərək
məbədi baglamış və
buradan getmişdir. 1975-ci ildə
bərpa edildikdən sonra Dövlət
Tarix-Arxitektura Muzeyi-Qoruğunun
filialı kimi məbəd ziyarət
üçün yenidən açılmış
və Şirvanşahlar sarayı
kompleksi adını almışdir.
Hal-hazırda o, qədim dövrə
aid daha çox baş çəkilən
və turistlərin diqqətini
olduqca cəlb edən abidədir.
Əvvəllər olduğu kimi
bura müxtəlif dinin nümayəndələri
gəlir. Müsəlmanlar qurbanlar
kəsir, induist və atəşpərəstlər
isə dua edirlər.
“Atəşgah” unikal şedevr və
milli sərvət kimi qədim din
olan zərdüştlüyün
ardıcılları haqqında
ən müfəssəl məlumatı
verir. İndiyədək Atəşgah
məbədində torpağı
bürüyən qaranlığı
öz işığı ilə
qovan müqəddəs od yanır.