EN   RU
 

Mərdəkan dendroparkı Abşeronun fəxridir. Sahəsi 12 hektar olan dendrari Xəzər dənizindən 4.5 km-də, Abşeron yarımadasının şimal-şərqində yerləşir, Bakıya qədər məsafə - 40 km-dir. Dendrarinin ərazisi əhəng daşlarından və balıqqulağı daşlarından əmələ gəlmiş birinci dənizkənarı terrasda yerləşir. Torpaq qatının dərinliyi böyük deyil – 0.6 – 1.5 m-dən 2.0 m qədərdir. Torpaqları qələvidir (pH 8-9), gilli və qumluca boz torpaq mexaniki tərkibə aiddir. Dendrarinin bitkiləri Lənkərandan gətirilmiş torpaqda və süni suvarılmada yaşayır. Abşeron yarımadasının iqlim xüsusiyyətləri onu quru subtropik rayonlara yaxınlaşdırır. Yarımada nəyinki Afrika, Asiya, Aralıq dənizi hövzəsinin ölkələri, Kaliforniya və Meksikanın bir sıra subtropik vilayətlərinin iqlim analoqu kimi, həm də yeni bitkilərin ölkənin başqa zonalarına nəqli üçün coğrafi bir pillə kimi diqqəti özünə cəlb edir.
1926-cı ildə məşhur botanik, akademik N.İ.Vavilov tərəfindən yarısəhra Abşeron yarımadasının Mərdəkan qəsəbəsində, keçmiş şəhəryanı Sovxozun əsasında Ümumittifaq Tətbiqi botanika və yeni bitkilər institutunun Şərqizaqafqaziya filialı təşkil edildi. 1930-cu ildə yenidən qurulmasından sonra filial Ümumittigaq bitkiçilik institutunun sisteminə onun şöbəsi kimi daxil oldu, 1936-cı ildə isə quru sybtropiklərin Təcrübə stansiyası adını aldı.
1945-ci ildən 1964-ə qədər burada Bağçılıq Üzümçülük və Subtropik bitkilər İnstitutunun Mərdəkan Elmi-Təcrübə bazası yerləşirdi. Mövcud olduğu ilk onillik ərzində burada 700-yə yaxın müxtəlif növ subtropik mənşəli ağac və kol bitkiləri toplandı və bunların əksəriyyəti iqlimə uyğunlaşma təcrübə müddətini müvəffəqiyyətlə keçdi. Tədricən ən dözümlü və xalq təsərrüfatına ən lazımlı bitkilər seçildi və bunlar evkalipt, nəcib dəfnə, adi mərsin, avropa zeytunu və başqalarıdır. N.İ.Vavilovun yer kürəsinin müxtəlif bucaqlarından əldə etdiyi 15 min çeşid, növ və formalardan 400 növ dekorativ ağac və kol bitkilərinin və 868 növ subtropik meyvə bitkilərinin (nar, əncir, innab, zeytun, püstə və s.) iqlimləşdirilməsi mümkün oldu.
Dendrarinin işinə bilavasitə başçılıq edən və onun təsisçisi olan N.İ.Vavilov ilə yanaşı (1926-30-cu illərdə), parkın kolleksiyasının yaranmasında A.D.Strebkova (1927-1933 il.), N.D.Kostetski (1933), P.A.Şutov (1934-1964), İ.A.Jiqareviç (1936-1964), S.T.Ələkbərova (1938-1964) və başqa alimlər fəal iştirak etmişlər. 1945-1963-cü illərdə introduksiya işləri genişləndi. Bu işlərin elmi əhəmmiyyətilə yanaşı yeni dekorativ subtropik ağac və kollar, efiryağlı və gül bitkiləri xalq təsərrüfatında və Abşeronun yaşıllaşdırılmasında istifadə olunurdu. Sonralar dendrari 2 il (1964-1966) ərzində Azərbaycan Səhiyyə Nazirliyinin sisteminə aid idi, 1966-cı ildə isə böyük elmi əhəmiyyət kəsb etdiyi üçün Azərbaycan Botanika İnstitutuna verilir. 1970-ci ildən başlayaraq dendrari sahəsinin planlı abadlaşdırılması aparılır, kiçik memarlıq tikililəri yaradılır, hovuzlar, örtümü şitilliklər, oranjereyalar, istixanapar tikilir.
Mərdəkan dendrarisi yalnız Abşeronun deyil, hətta Azərbaycanın yarımsəhra rayonlarının yaşıllaşdirilması elmi mərkəzi kimi şöhrət qazanmışdır. Buradan şəhər və kəndlərin küçə və parklarına Arizona və üfqi sərv ağacı, hələb və italyan şamı, ispan droku, avropa zeytunu və bir çox ağac növləri gəlmişdir. Dendrari artıq ilk illərdən Zaqafqaziya, Orta Asiya, Şimali Qafqaz, Krım və Cənubi Ukraynanın yaşıllaşdırma təşkilatları ilə mübadilə üçün əkin materiallarının götürüldüyü ana yuvadır. Orada çox sayda yerli və əcnəbi floradan subtropik ağac, kol, gül, efiryağlı və başqa bitkilər toplanmışdır. Dendraridə 400-dən artıq ağac və kol suxurları növləri və formaları toplanıb. Bunlar, məsələn, təkmeyvəli retama, neştəryarpaqlı sumağ, genişyarpaqlı şinus, malay yasəməni, tikanlı parkinsoniya, neştəryarpaqlı kallistamon, qatırquyruğuyarpaqlı kazuarina, adenokarpus, sümsü ağacı və başqalarıdır.
Abşeron efiryağlı bitkilərin – nərgiz, sünbülçiçəyi, naz, nanə, limonlu yovşan, cəhrayı ətirşah, lavanda və b. yetişdirilməsi üçün çox əlverişli bir yer oldu. Dendrarinin 0.8 hektar sahəsində nümunəvi kolleksiya hissəsi vardır. Həmin kolleksiyada hal-hazırda 26 növ və 89 forma və klon efiryağlı bitki vardır. Kolleksiya sahəsindən əlavə yarı istehsal əkin sahəsi vardır və orada 5 növ nərgiz gülü, 4 növ lavanda, 12 növ nanə və limonlu yovşan, cəhrayı ətirşah əkilmişdir. Gül bitkiləri üçün dendraridə 0.5 hektar torpaq ayrılmışdır. Onlar çiçəkləklərinin dekoru, müxtəlif kompozisiyaların yaranması üçün istifadə olunur və kəsimə gedir. Birillik bitkilərdən sinniya, seloziya, çin astrası (5 növ), petuniya, salviya, solmaz çiçək və b; iki illiklərdən – antirrinum, şəbbü, bağ qərənfili və s. yetişdirilir. Çoxilliklərdən – payızgülü (80 növə yaxın), pionlar (10 növ), flokslar (10 növ) və bəzi başqaları; soğanlı və yumrusoğanlılardan – tülpanlar (50 növ), qarğasoğanı (5 növ), sünbülçiçəyi (5 növ), nərgiz gülü (3 növ), kalla, zanbaqlar, freziyalar və b.
1996-cı ildən 1999-a qədər Mərdəkan denndrarisində onun direktoru Tofiq Məmmədovun rəhbərliyilə əsaslı bərpa işləri aparılmışdır. Yeni binalar tikilmiş və köhnə binalar bərpa olunmuşdur. Hazırda Mərdəkan dendrarisində aşağıdakı struktur bölmələri vardır:
- müxtəlif elmi laboratoriyalar;
- unikal dərin su hovuzu;
- süni şəlalə;
- müxtəlif elmi seminarların və konfransların keçirilməsi üçün 200 nəfərlik konfrans zalı;
- banket zalı;
- qonaq otağı (“lyuks” tipli 20 otaq – 1 və 2 yerlik);
- ziyarətçilər üçün otaqlar;
- fransız “Gotik” proyektinə əsasən tikilmiş binalar;
- ziyarətçilərin istirahəti üçün kiçik parklar; - qayıqlı göl.
Mərdəkan dendrarisi haqda daha geniş məlumatla “nature.aznet.org” saytında tanış ola bilərsiniz.

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.